Xüsusi xidmət orqanlarının əməkdaşları qollarını çırmayıb
Ermənistanın xüsusi xidmət orqanları ciddi sirrlərini üstünü açmağa hazırlaşırlar. Bu respublikada yuxarı eşalonun, yəni hakimiyyət nümayəndələrinin dövləti soyması məlumatını eşitməmək üçün yalnız kar olmaq lazımdır. Belə bir deyim var ki, iştah diş alıtndadır. Əgər yuxarı eşalonun nümayəndələri əvəllər min, on minlərlə vəsaiti mənimsəmələrində söhbət gedirdisə, bu gün söhbət artıq milyonlardan gedir. Ermənistanın Milli Təhlükəsizlik Xidməti ötən il respublikanın sabiq maliyyə naziri David Sarkisyanın kurasiyasında olan, böyük məbləğdə qrant layihələri əsasında informasiya texnologiyaları sahəsi üçün nəzərdə tutulan vəsaitin necə, hara və hansı məqsədlərlə xərclənməsini yoxlamağa başlayıb. O hətta ifadə vermək üçün istintaq orqanlarına da çağırılıb. Lakin istintaq sonra yavaşladı. Daha sonra isə ümumiyyətlə istintaq orqanları tərəfindən növbəti hərəkətlər olmadı. Ermənistanın yerli jurnalistləri belə hesab edirlər ki, istintaqın gedişində irəliləyişin olmaması sabiq maliyyə nazirinin bu yaxınlarda istefaya getmiş ölkənin baş naziri ilə əlaqəli olmasından irəli gəlir. Son günlər isə cəmiyyətdə belə xəbərlər dolaşmaqdadir ki, istintaq yenidən hərəkətə keçib. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları bu yaxınlarda çox ciddi açıqlamalar yayacaqlarını elan ediblər. Söhbət isə guya dövlət tərəfindən alınmış, texnologiyaların inkişafı üçün xərclənən çox böyük pullardan gedir. Mətbuatın verdiyi xəbərlərdə bildirilir ki, Ermənistanın keçmiş baş naziri Tiqran Sarkisyan artıq ölkədən qaçaraq, İspaniyada öz bahalı mülkündə gizlənir. Ölkəni tək edənlərin siyahısında isə baş nazir birinci deyil, onun arxasınca gedən məmurların əksəriyyəti indi Avropanın müxtəlif yerlərində rahat məskunlaşıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?