“İrəli”nin İçərişəhərdəki ofisindən bütün avadanlıqlar çıxarılaraq küçəyə yığılıb
“İrəli” ictimai birliyi bağlanır, onun ofisi bu dəqiqələrdə boşaldılır. "gundemxeber.az"ın məlumatına görə, bu barədə xəbəri virtualaz.org saytının hazırda “İrəli”nin ofisində olan və köçürülmə prosesini bilavasitə müşahidə edən müxbiri verib. Əməkdaşımızın sözlərinə görə, “İrəli”nin İçərişəhərdəki ofisindən bütün avadanlıqlar çıxarılaraq küçəyə yığılıb. Qurumun əməkdaşları müxbirimizin “hara köçürsünüz” sualına əsəbi şəkildə “heç özümüz də bilmirik, bizə dedilər çıxın, biz də çıxırıq” cavabını veriblər. Qeyd edək ki, “İrəli” adı nurçularla əlqaədə hallanan deputat Ceyhun Osmanlının nəzarətində idi. O, nurçuluqla sıx əlaqədə olduğu üçün bu yaxınlarda vəzifəsini itirmiş Elnur Aslanovun təşkilatı hesab edilirdi. Hazırda Rabitə Nazirliyində xırda bir vəzifə tutan E.Aslanov isə Prezident Administrasiyasında şöbə müdiri idi. Belə görünür ki, Aslanovun “vurulması”ndan sonra “İrəli”yə də yüksək səviyyədə qadağa qoyulub. Virtualaz.org saytına o da məlum olub ki, “İrəli”nin rəhbəri C.Osmanlı hazırda depressiya vəziyyətindədir və demək olar ki, heç kimlə ünsiyyətə girməyərək ictimaiyyət qarşısında görünmür.
Sorğu
Yeni dizaynımız necədir?