Nurçularla əlaqədə adı hallanan məmurların sırasına biri də əlavə edilib
Bu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevdir. Iddia olunur ki, nurçularla əlaqədə adı hallanan Elnur Aslanovla, deputat Ceyhun Osmanlının biznes ortağı Fərid Novruzi Aydın Əliyevin qohumudur. Fərid Novruzinin “Novco” Şirkətlər Qrupunun, eyni zamanda Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidentidir. Mətbuatda yayılan məlumatlara görə, 1994-cü ildə yaradılan “Novco” Şirkətlər Qrupu Azərbaycanda, Rusiyada, Gürcüstanda, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir. Şirkət genişləndikcə müxtəlif sahələrdə fəaliyyət göstərən törəmə qurumlarını təsis edilib və nəticədə holdinq yaranıb: “Novco Construction” (1994), “Novco Trade” (1999), “Novco Group” (2001), “MYBRAND”S ? (2005), “Novco Sport” (2007), “Novco Manufacturing” (2007). Şirkətin beynəlxalq miqyasda bir neçə investisiya layihələri var. “Al Adiyat Company” (BƏƏ) və “Hotnet” (2008) şirkətin əsas investisiya layihələridir. Şirkət özündə “United Colors of Benetton”, “United Colors of Benetton 012", ”Sisley Tommy Hilfiger", “Puma”, “Nike”, “Adidas”, “Accessorise”, “Bebe”, “Aftershock”, “Coast”, “Liu Co”, “Nine West”, “Pablosky”, “Monnalisa”, “Antony Morato”, “Mexx”, “Mango”, “Xx by Mexx” kimi tanınmış brendləri birləşdirir. Hazırda şirkəti 32 brend mağaza təmsil edir. Bunların 24-ü Bakıda, 8-i isə Gürcüstanda yerləşir. Fərid Novruzi Elnur Aslanov və Ceyhun Osmanlının kurasiyasında olan Irəli Təlim və Karyera Mərkəzinin təşkil etdiyi “Müasir Iqtisad Məktəbi” layihəsində də ekspert qismində iştirak edir. Eyni zamanda “Irəli”nin bir çox layihələrini maliyyələşdirir. İddia olunur ki, Fərid Novruzinin “uğur hekayəsi”ndə Aydın Əliyevlə qohumluq əlaqələrinin də böyük rolu var. Bəs Fərid Novruzi komitə sədri ilə necə qohumdur? Qafqaz Xəbər Agentliyinin məlumatına görə, Fərid Novruzinin qardaşı Elsel Novruzi Aydın Əliyevin kürəkənidir. Elsel Novruzi “Novco” Şirkətlər Qrupuna ortaqdır. Maraqlı məqamlardan biri də budur ki, Fərid Novruzi həmişə xarici ölkələrdən birinin ölkəmizdəki səfirliyinin diplomatik korpusuna məxsus BMW-750-də gəzir. Azadliq.info
Sorğu
Yeni dizaynımız necədir?