Hakimiyyət “dördüncü Gülənçi” kadrını da komandadan qovur, prezidentin zəhləsi getdiyi deputat həbsin bir addımlığındadır; onun “İrəli” təşkilatı bağlandı
Deputat Ceyhun Osmanlı rəsmən bitirildi. Adı nurçuluqda və Amerika kəşfiyyatına casusluqda hallanan millət vəkilinin karyerası sona yetdi. Deputatın həbsinə hazırlıq üçün yürüdülən siyasət ən qabarıq səciyyə almaq üzrədir. Ceyhun Osmanlı Elnur Aslanov, Elşad İsgəndərov və Fərhad Məmmədovun ardınca Gülən hərəkatının davamçısı kimi komandadan qovulur. Mötəbər mənbədən daxil olan xəbərdə deyilir ki, C.Osmanlı deputat olduğuna görə ona birbaşa nüfuz etmək mümkün olmurdu. Birdəfəlik mandatından məhrum olunması da sensasiya olardı. Bu halda hissə-hissə Osmanlını bitirmək kursu götürüldü ki, o da göz qabağındadır. Məlumatlı mənbədən “Gündəm-xəbər”ə verilən xəbərdə qeyd olunur ki, Ceyhun Osmanlı prezidentin ən zəhləsi getdiyi adamlardan biridir. Ölkə başçısının Osmanlını görən gözü yoxdur. Bu gəncin xətaları, hərəkətləri, hətta iqtidara canla-başla qulluq etməsi də prezidentin xoşuna gəlməyib. Mənbə iddia edir ki, dövlət başçısı belə gəncləri komandasında görmək istəmədiyini açıqlayıb. Bundan sonra əmr verilib ki, tezliklə Osmanlı komandadan qovulsun. Onun adının nurçuluqda hallanmasından əlavə, Amerikanın Azərbaycanda inqilab etmək layihəsində iştirakı prezidentin qəzəbinə səbəb olub. Gəmiyə minib, gəmiçi ilə dava edən gənc deputatı artıq kimsə xilas edə bilməz. Mənbə qeyd edir ki, C.Osmanlı barəsində yuxarı dairələrdə müzakirələr gedir və onun digər əlaqələri də təftiş edilir. Son xəbərə görə, Osmanlı özünü qorumaq və çətir altına düşmək üçün himayəçi axtarışına çıxıb. Lakin iqtidarın iri ranqlı məmurlarından Osmanlıya sahib çıxan olmayıb. Deputatın digər nurçu məmurların aqibətini yaşayacağı şübhə doğurmur. Onu da yada salaq ki, Osmanlı növbəti seçkilərdə mandat ala bilməyəcəyini də indidən yaxşı bilir. Artıq onun nəzarətində olan “İrəli” İctimai Birliyinin bağlanması barədə qərar verilib. Məlumata görə, təşkilatın yerləşdiyi ofisin boşaldılmasına başlanılıb. “İrəli”nin dövlət səviyyəsində dəstəklənməsinə artıq son verilib. “İrəli”nin ofisdən çıxarılması təşkilata ayrılan maliyyənin dayandırılması ilə izah edilir. Maliyyənin dayandırılmasının əsas səbəbi kimi isə Elnur Aslanovun Prezident Administrasiyasından uzaqlaşdırılması və Ceyhun Osmanlının bu birlik vasitəsilə Gülən hərəkatı ilə əlaqələri göstərilir. Qeyd olunur ki, təşkilatın Gənclər Fonduna təqdim etdiyi layihələrin heç biri keçməyib. “İrəli” Gənclər Təşkilatının üzvlərindən biri tərəfindən göndərilən məktubda olduqca maraqlı məqamlardan bəhs olunur. Adının açıqlanmasını istəməyən mənbə bildirir ki, Ceyhun Osmanlı hələ deputat olmamışdan əvvəl, yəni “İrəli”də “kölgədə olanlardan” biri kimi tanınan zaman bəzi hərəkətləri ilə diqqəti çəkib. Belə ki, “İrəli”də olan bəzi xanımlarla onun səmimi münasibətləri və münasibətlərdən sonra həmin xanımların müxtəlif dövlət orqanlarında işlə təmin olunması ilə bağlı kifayət qədər məlumatlar var. Onun mövqeyini dərc etməyə hazırıq. R.QARA
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?