Onlar prezidentdən su istəyir, eyni zamanda ondan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovu Şirvana göndərməsini xahiş edirlər. Müraciətdə deyilir: “Qoy, gəlib bizim çəkdiyimiz zülmü gözü ilə görsün. Hələ yay mövsümü başlamamış, havalar tam qızmamış Qorxmaz Hüseynovun işçisi, Şirvan şəhər Su-Kanal İdarəsinin müdiri Mirmuxtar Məmmədov suya həsrət qoyub. İllərdir ki, su ilə imtahana çəkilərək dözülməz şəraitdə yaşayırıq. Hazırda Şirvan şəhərinin təzə şəhər yaşayış massivində M.Əsədov, M.S.Ordubadi, A.Mustafayev, Ə.Qarayev, M.Aydınov küçələrində təxminən 500, şəhərin Çılpaqlı adlanan yaşayış massivində şəhid E.Əzimov adına küçəsində isə 38 ailə əllərimizdə vedrə su axtarırıq. Bilmirik çörək alaq, yoxsa 20 manat verib maşınla su alaq. Su-Kanal İdarəsinin müdirinə, ”Azərsu" ASC sədrinə dəfələrlə müraciət etmişik. Amma müraciətlərimizə cavab, bizə su verən tapılmır". Şirvan sakinləri deyir ki, prezidentin təşəbbüsü ilə Talış su kəmərindən rayonlara çəkilən su xətləri şəhərin müəyyən hissəsinə qədər uzanıb: “Biz zavallı insanlar həmin xətlə gələn suyun rəngini belə görməmişik. Mirmuxtar Məmmədov idarə rəisi təyin olunandan sonra iri həcmli su nasoslarını dəyişərək kiçildib ki, enerji çox istifadə olunmasın və pul az ödənilsin. Nasosların həcmi kiçik olduğundan su əhaliyə gedib çatmır. O, əhalini su ilə təmin etməkdə maraqlı deyil. Ona görə ki, idarənin yanında su çəni olan ağır yük maşınları gəlib hər biri 5 manat ödəməklə su doldurub aparıb sakinlərə satırlar”. Şikayətçilərə görə, Məmmədovu Hüseynov himayə etdiyindən müraciətlərini eşidən yoxdur: “Məmmədov deyir ki, Şirvan şəhərinin əhalisi illərlə susuz qalsın, mənə ”gözün üstə qaşın var" deyən olmayacaq. Ona görə İlham Əliyevə müraciət edərək xahiş edirik ki, bizi Mirmuxtar ağanın zülmündən xilas eləsin". KƏRİM
Sorğu
Yeni dizaynımız necədir?