Faciədən sonra hadisə yerinə gedən Baş nazir etirazla qarşılandı, müşaviri isə mədənçinin qohumunu təpiklədi. Məlumat görə, Somadakı mədən faciəsi ilə əlaqədar hadisə yerinə gedən Baş nazir R.T.Ərdoğan etirazla qaşılanıb və çarəni marketə sığınmaqda görüb. Bu hadisə müşaviri Yüsif Yerkəli çox əsəbləşdirib. Yerkəl Ərdoğanı protesto edən bir mədənçinin qohumunu təpikləyib. Qeyd edək ki, Somada baş verən kömür mədəni faciəsində Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız yerli Bakı vaxtıyla 00.00-da jurnalistlərə verdiyi açıqlamada ölü sayının 275 olduğunu bildirib.
Sorğu
Yeni dizaynımız necədir?