Məlumata görə, Adanada yol polisi əməkdaşı olan Görkem E. 9 min lira borca görə 2 dayısını və onların oğlunu güllələyərək öldürüb.
O, dayıları İlyas Barak və Ümit Barakın iş yerinə gələrək borcu ödəmələrini tələb edib. Onlar borcu ödəməkdən boyun qaçırdıqda isə, aralarında mübahisə yaşanıb. Mübahisənin böyüməsi Görkəmin tabel silahını çıxararaq dayılarını və onların oğlunu güllələməyinə səbəb olub.
Yaralılar xəstəxanaya aparılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?