İmişli rayon İcra Hakimiyyətinin başçısı bir müddət əvvəl işdən çıxardığı və qısa zamanda işə qaytarılan müavini Səfa Ağayevlə vidalaşmaq istəyir. Redaksiyamıza rayondan daxil olan məlumata əsasən, Vilyam Hacıyev işdən çıxardığı müavinini yüksək səviyyədə tapşıranlarla mübarizəyə başlayıb. Rayondan daxil olan informasiyalarda bildirilir ki, uzun müddət İmişlidə iş adamı Mürşüd Mirzəyevlə icra başçısı arasında qalmaqal yaşanıb. Bu qalmaqaldan sonra isə Vilyam Hacıyev müavini Səfa Ağayevi işdən uzaqlaşdırıb. Bundan sonra isə hansısa yüksək səviyyəli telefon zəngi başçının geri çəkilməsi ilə sonuclanıb. Məlumatlara əsasən, indi müavininə məğlub olmuş başçı, yenidən toparlanaraq Səfa Ağayevlə yollarını ayırmaq istəyir. Başçı isə müavini yola salmaq üçün ən müxtəlif yollardan istifadə edir. Rayondakı mənbələrimizin verdiyi məlumatlara əsasən, V.Hacıyev artıq müavinindən şikayətçi olan xeyli yerli sakinin əraziəsini toplayaraq dosye halında Prezident Administrasiyasına yollayıb. Ölkənin ən iri təsərrüfat rayonlarından biri olan İmişlidə iki iri çinli məmur arasında başlanan mübarizədən artıq yerli məmurlar da əziyyət çəkməyə başlayıblar. Bu istiqamətdə aparılan araşdırmalarımız davam edir. Yazılanlarla bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. KƏRİM
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?