GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Daha bir azərbaycanlı qatil Rusiyanı qarışdırdı

Daha bir azərbaycanlı qatil Rusiyanı qarışdırdı

Tarix: 22-05-2014, 09:57 Bölmə :Ölkə Baxış: 0
Daha bir azərbaycanlı qatil Rusiyanı qarışdırdı
Yaxud Yuliyanı anasının yanında necə öldürdülər...

Rusiyada ötən ilin payızında rus gənci sevdiyi qızın yanında bıçaqlayaraq öldürən və böyük ictimai rezonansa, iğtişaşlara, hətta Azərbaycanla bu ölkə arasında siyasi gərginliyə səbəb olan Orxan Zeynalovdan sonra daha bir azərbaycanlı qatil ətrafında qalmaqal yaşanır.
Bu dəfə Xantı-Mansiysk Muxtar Vilayətinin inzibati mərkəzi olan Yuqra şəhərində Maarif Məmmədov adlı azərbaycanlının törətdiyi dəhşətli cinayət geniş ictimai rezonansa və etnik gərignliyə səbəb olub. Muxtar vilayətdə azərbaycanlıları Xantı-Mansiyskdən qovub çıxarmaq və onların obyektlərinə od vurmaq çağırışları səslənir.

19 yaşlı Maarif 23 yaşlı Yuliyanı anasının yanında necə öldürdü?!
Daha bir azərbaycanlı qatil Rusiyanı qarışdırdı
Bu dəhşətli qətl hadisəsi mayın 14-də baş verib. Həmin gün Yuqra şəhərindəki uşaq bağçalarının birində işləyən 23 yaşlı Yuliya Paxteyeva anası ilə birlikdə evlərinə qayıdarkən 19 (bəzi məlumatlara görə, 20 və ya 21) yaşlı azərbaycanlı Maarif Məmmədov ona hücum çəkərək gənc qadına dalbadal bıçaq zərbələri endirib.
Qız aldığı bıçaq zərbələrindən yerindəcə ölüb. Anası nə qədər cəhd etsə də, qızını əvvəlcədən onları izləyən qəddar qatildən xilas edə bilməyib. Bu qətl bütün Xantı-Mansiyski silkələyib. Hadisə yerli mətbuatda geniş rezonansa səbəb olub. Mətbuat azərbaycanlıların və digər qafqazlı miqrantların bu vilayətdə törətdikləri əməlləri, azərbaycanlıların “Noy” adlı kafesinin kriminalların cəmləşdiyi məkana çevrildiyini yazıb. Yerli hakimiyyət orqanları bu cinayətdə dolayısı ilə günahkar bilinib. Qətlin geniş ictimai rezonansa səbəb olması yerli hakimiyyət orqanlarını da hərəkətə gətirib. Xantı-Mansiysk qubernatoru, vilayətin İstintaq İdarəsi Yuqraya gedib və bu qətllə bağlı işi nəzarətə götürüblər.

İşsiz, gücsüz, avara gəncin cavabsız sevgisi
Daha bir azərbaycanlı qatil Rusiyanı qarışdırdı
Çox keçmədən cinayətkar yaxalanıb və məlum olub ki, M.Məmmədov Yuliyanı onun sevgisini rədd etdiyinə görə öldürüb. Xantı-Mansiysk mətbuatının yazdığına görə, Yuliya ilə Maarifin arasında birtərəfli sevgi münasibətləri olub. Belə ki, Xantı-Mansiyskdə qeydiyyatsız, pasportsuz və heç bir sənədi olmadan yaşayan, qohumlarının yanında qalan və daimi iş yeri olmayan, əvvəllər barəsində oğurluq və digər cinayətərə görə 3 cinayət işi qaldırılan Maarif Yuliya ilə Yuqradakı avtomobil təmiri sexində tanış olub. Yuliyanın böyük qardaşı Maksimin dediyinə görə, bacısı öz “Porsche Cayanne” avtomobilinin (qardaşı bağışlayıbmış) təkərində yaranmış nasazlığı aradan qaldırmaq üçün avtomobil təmiri sexinə baş çəkəndə orada işləyən Maarif onunla tanış olub. Azərbaycanlı gənc çox keçmədən qızı sevdiyini deyib və ona böyük qızılgül buketi bağışlayıb. Yulya buketi qəbul etdiyinə görə Maarif artıq əmin olub ki, Yuliya da onu sevir və qızın arxasınca düşməyə, onu təqib etməyə başlayıb.

Və Maarifin təhdidləri başlayır
Daha bir azərbaycanlı qatil Rusiyanı qarışdırdı
Qızın qardaşı deyir ki, əslində onların arasında heç bir münasibət yaranmayıb və Yuliya Maariflə görüşmək istəməyib. Maarif isə Yuliyadan əl çəkməyib və onu təqib etməyə, rəfiqələrinin yanında hədələməyə, onunla görüşməyəcəyi halda öldürəcəyi ilə qorxutmağa başlayıb. Nəhayət, Yuliya Maarifin onu təqib etməsini qardaşına danışıb. Maksim deyir ki, o, bacısının hansısa qeyri-rusla münasibət qurmasına qəti qarşı idi və azərbaycanlıların, digər qafqazlıların necə adamlar olduğu barədə Yuliyaya danışmışdı. Nəhayət, təhdidlərin böyüdüyünü görən Maksim Maarifi tapır və onunla söhbət edir, bacısından əl çəkməsini tələb edir. Maarif isə deyir ki, o, “normal oğlandır və Yuliyanı sevir”. Bildirir ki, əgər Yuliya soyuq başla düşünüb bir həftə ərzində ona rədd cavabı versə, qızdan əl çəkəcək və Xantı-Mansiyski tərk edəcək.
Maksim isə Maarifi xəbərdar edir ki, Yuliyadan əl çəkməsə, onunla meşədə başqa cür danışacaq.

“Noy” kafesində əyləncə və zorlama

Maarif bir neçə gün qızdan əl çəksə də, sonradan yenidən onu təqib etməyə başlayır. Hadisədən iki həftə əvvəl Yuliya necə olursa rəfiqələri və rus oğlanlarla birlikdə azərbaycanlıların “Noy” kafesinə gedir. Yuliya Maarifin oralarda ola biləcəyini nəzərə alaraq maşınını gizlədir. Amma kafenin işçilərindən kimsə Maarifə zəng edərək Yuliyanın burada olduğunu xəbər verir.
Səhərə yaxın Yuliya restorandan çıxıb maşınına əyləşmək istəyəndə maşının yanında onu gözləyən Maariflə qarşılaşır. Maarif qızı bıçaqla təhdid edərək maşına oturdur və onu yaxınlıqdakı qarajın arxasına aparıb zorlayır.

Polis Maarifi zorlama əməlinə görə saxlayır, ancaq...

Maksim deyir ki, o, bacısının zorlandığını biləndə iki yolu vardı. Dediyinə görə, bir variantı bu olub ki, Maarifi tapıb öldürsün. İkinci variant isə polisə müraciət etmək idi. Zərərçəkən və qardaşı ikincini seçirlər və polisə gedib zorlanma əməli ilə bağlı ərizə yazırlar. Şarif Aripov adlı müstəntiq təhqiqata başlayır, dəlillər götürülür və çox keçmədən Maarif saxlanılır. Lakin onun barəsində həbs qərarı seçilmir və cəmi bir neçə saatdan sonra müstəntiq cinayətkarı buraxır.
Maarif bundan sonra da qızı təqib etməkdə davam edir. Maksim deyir ki, polisdən buraxılandan sonra Maarif gizlənirdi və əgər tapsaydı, ondan qisas alacaqdı. Qardaşı Yuliyanı Maarifin təqiblərindən qorumaq üçün günlərlə onu işə və işdən evə müşayiət edir, harasa getmək lazım olanda özü aparır. Bu müddət ərzində Maarif internetdə və SMS-lə qızı təhdid etməkdə, onu öldürəcəyi ilə hədələməkdə davam edir.

Yuliya anasının yanında bıçaqlanır

Maksim deyir ki, qətldən bir neçə gün əvvəl anası da Yuliyanı işdən evə gətirməyə başlamışdı. Anası hesab edirmiş ki, onun yanında Maarif qıza heç nə etməz. Mayın 14-də - qətlin baş verdiyi gün Yuliya işdən evə anasının müşayiəti ilə gələsi olur. Həmin vaxt Maksim şəhərdə futbola baxmağa gedibmiş. Bu da Yuliyanı izləyən və əvvəlcədən evlərinin yanında onu gözləyən Maarif üçün əla fürsət olur. Maşını Yuliyanın anası sürürmüş və o, evlərinin qarşısında maşını saxlayır, əvvəlcə qız düşür və dərhal yaxınlıqda gizlənmiş Maarif ona hücum çəkərək bıçaqlamağa başlayır. Anası maşından düşüb qızına kömək etməyə çalışsa da artıq gec olur.
Bu vaxt yaxınlıqdan keçən avtomobillərdən birində qoyulmuş videoreqistrator qətl səhnəsini çəkir, hazırda həmin kadrlar internetdə yayılıb.

Yuliyanın qardaşı Maarifi öldürmək istəyirmiş

Mediaya geniş müsahibə verən Maksim deyir ki, əslində o, Maarifi öldürməyə hazırlaşırdı və bu işi mayın 25-dən sonraya planlaşdırmışdı. “Mayın 25-də anamla bacım məzuniyyətə çıxıb, Gəlincik şəhərinə dincəlməyə gedəcəkdi. Mən planlaşdırmışdım ki, ailə üzvlərim şəhərdən gedəndən sonra o zibili tapıb meşəyə aparım və öldürüm” - deyə o bildirir.
Maksim deyir ki, Yuliyanın bıçaqlandığını ona anası zəng edib deyib. 3 dəqiqədən sonra hadisə yerinə çatan Maksim bacısının artıq öldüyünü görür. İlk işi bacısının zorlanmasına görə cinayət işi qaldırmaqdan yayınan və Maarifi buraxan müstəntiqə zəng edib onu söymək olur.
Həmin gün axşam saat 11-də isə Maarif Maksimə zəng edir: “Hə, “tvar” (heyvan-red.), bacın sağdırmı?”. Maksim deyir: “Mən onu söydüm və dedim ki, gəl məni də bıçaqla. O dedi ki, bir saatdan sonra Azərbaycana gedir. Sonra söyüb telefonu bağladı”.

Qisas çağırışları
Daha bir azərbaycanlı qatil Rusiyanı qarışdırdı
Maksimin dediyinə görə, həmin gün bu qətldən hiddətlənən şəhər sakinləri ona təklif ediblər ki, yığışıb azərbaycanlıların obyektlərini yandırsınlar, özlərini döyüb qovsunlar və Maarifin qohumlarından qisas alsınlar. Ancaq Maksim bundan imtina edib: “Qohumlarının nə günahı var? Onlar özləri bu zibildən imtina ediblər və polisə müraciət edib həbsini istəyiblər. Qətldən bir neçə gün əvvəl o, dayısının pulunu oğurlayıbmış”. Amma Yuqra polisi Maarifin Azərbaycana qaçmasına imkan vermir və çox keçmədən onu yaxalayır. Maarifə qarşı qətllə yanaşı zorlama ittihamı da irəli sürülüb. Habelə onu vaxtında həbs etməyən hüquq-mühafizə orqanları əməkdaşları barəsində təhqiqat gedir, müstəntiq Aripovun da barəsində təhqiqat başladılıb.
Xantı-Mansiysk qubernatoru bu qətldən sonra vilayətdə qeyri-leqal miqrantlara qarşı kütləvi reydlər başladıb. Şəhərdə qruplar halında toplaşan yerli gənclər arasında azərbaycanlılara divan tutmaq çağırışları səslənir. Maksim isə deyir ki, yerli rəsmilər də ona məsələni etnik zəmində qızışdırmamağı xahiş edirlər: “Ancaq bunu istəsəydim, əvvəldən edərdim, onların yığışdıqları yerlərə od vurardım. Bunu etmədim, polisə müraciət etdim. Polis isə mənim bacımı qorumadı və cinayətkara bu qətli törətməyə şərait yaratdı. Anam artıq bu sistemə inanmır”.
Maksim deyir ki, Maarifin qohumlarından da qisas almaq fikri yoxdur: “Onun özünü isə artıq Tümen həbsxanasında gözləyirlər, törətdiyi əmələ, o cümlədən zorlamaya görə...”
Toğrul ƏLİYEV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı qız oğurlandı- Rusiyada

    Azərbaycanlı qız oğurlandı- Rusiyada ...

    24-08-2015, 14:37

  • 
  • Namus üstündə anasını öldürən 16 yaşlı Maarifə cəza kəsildi

    Namus üstündə anasını öldürən 16 yaşlı Maarifə ...

    6-07-2017, 12:53

  • 
  • Bakıda kafedə daha bir qadını öldürdülər

    Bakıda kafedə daha bir qadını öldürdülər ...

    27-05-2013, 09:38

  • 
  • Afrikalı 10 yaşlı azərbaycanlı qızı zorladı - Azərbaycanlılarla afrikalılar arasında toqquşma

    Afrikalı 10 yaşlı azərbaycanlı qızı zorladı - ...

    26-06-2017, 12:12

  • 
  • Rusiyada azərbaycanlı iş adamı güllələnib

    Rusiyada azərbaycanlı iş adamı güllələnib ...

    16-04-2014, 11:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu