Oğuz rayonu ilə bağlı araşdırmalar apararkən, bəlli oldu ki, bu rayonun əsas yeyinti yerlərindən biri Nizami Əhmədovun rəhbərlik etdiyi Oğuz rayon Suvarma Sistemləri idarəsidir. Belə ki, icra başçısının və Meliorasiya və Su Təsərrüfatı ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadovun bu idarədən qazandığı pulların sayı-hesabı bilinmir. Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Oğuz rayonunda bir su idarəsi mövcuddur və Suvarma Sistemləri İdarəsi kənd torpaqlarına suyun paylanması, kanalların çəkilməsi təmiri, drenlərin təmizlənməsi və sel sularından qorunmaq üçün kiçik çaylara bəndlərin vurulması ilə məşğul olur. Son iki ildə rayon Suvarma Sisitemləri idarəsinə 500 min manata yaxın vəsait ayrılıb və həmin vəsaitlər sənədləşdirmələrdə əksəriyyəti texnikalara ehtiyat hissələrinin, tikinti materiallarının, elektrik və digər maşın avadanlıqlarının alınmasına, eyni zamanda su nasoslarının cari təmirinə xərcləndiyi qeyd olunub. Lakin məlumatda bildirilir ki, Nizami Əhmədov avadanlıqların alınması üçün sənədləşdirmələrdə şişirtmələrə yol verərək ayrılan vəsaitin bir hissəsini mənimsəyib. İdarə müdirinin kəndlərdə fəaliyyət göstərən drenlərin təmizlənməsi, yenidən istifadəyə verilməsi «əməliyyat»ında da hər il külli miqdarda qazanc əldə etdiyi qeyd olunur. Nizami Əhmədov o qazancın bir qismini özü mənimsəsə də, Bakıdakı “arxa”sı Əjdər Cavadovla icra başçısı Eyvaz Qurbanovu da narazı salmayıb. Məumatlı mənbənin sözlərinə görə, hər il rayonun daxili büdcəsindən və Meliorasiya və Su Təsərrüfatı ASC-dən sel daşqınlarında müdafiə olunmaq üçün bəndlərin tikilməsinə, tədbirlərin görülməsinə ayrılan yüz minlərlə manat vəsaitlərin bir hissəsi icra başçısı Eyvaz Qurbanovla idarə müdiri Nizami Əhmədov və Əjdər Cavadovun ortaq şəkildə mənimsənilir. O da qeyd olunur ki, Nizami Əhmədov və ortaqları sadəcə dövlət tərəfindən ayrılan pulları mənimsəməklə işlərini yekunlaşdırmırlar. Onlar dövlət malını icarəyə verməklə də, şəxsi büdcələrinə az da olsa “yardım edirlər”. Belə ki, idarə müdiri Suvarma Sisitemləri İdarəsinin balansında olan texnikaları, traktorları, yük avtomobillərini yerli və qonşu rayonlardakı sahibkarlara icarəyə verir və Nizami Əhmədov idarənin texnikalarının icarəsindən ay ərzində 5 min manatdan çox qazanc əldə edir. Hətta bu yaxınlarda Oğuzda idarə müdirləri ilə söhbət əsnasında Nizami Əhmədovun “nəzir demişəm və həmdəki sizlərə qonaqlıq verəcəm, bu il çaylarda sel olmasın” dediyi iddia olunur. İdarə müdirinin çaylarda sel olmaq əndişəsinin səbəbinin Suvarma Sistemləri İdarəsinin Turan çay sistemindəki çay yatağının lazımi qaydada təmizlənməməsi ilə izah edilir. Belə ki, Nizami Əhmədov Xal-xal, Qala və Oğuz çay sistemlərinin yataqlarını təmizlətdirsə də, Turan çay yatağının təmzilənməsi işini sona qədər çatdırmayıb. Baxmayaraq ki, təmizilənmə əməliyyatları üçün Suvarma Sistemləri İdarəsinə dövlətdən yüz min manatlarla vəsait ayrılır. Atalar demişkən, çox yeyən görməmiş olur… Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. KƏRİM
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?