“Ümidvaram ki, AŞPA-nın Daimi Komitəsinin Bakıda keçirilən iclasında aparılacaq fikir mübadiləsi, qəbul ediləcək qərarlar sözügedən təşkilatın məqsədlərinin güclənməsinə təsir göstərəcək”. Bu sözləri AŞPA-nın Daimi Komitəsinin Bakıda keçirilən iclasında MM-in sədri Oqtay Əsədov bildirib . O. Əsədov deyib ki, Azərbaycan 14 ildir ki, sözügedən qurumun bərabər hüquqlu üzvüdür: “ Və üzvlük tarixində ilk dəfədir ki, AŞPA-nın Komitə iclası Azərbaycanda keçirilir. 65 illik tarixə malik olan AŞ-nın başlıca təməl prinsipləri demokratiya və demokratik islahatlardır. Bu baxımdan demokratiyanın alternativi yoxdur. Biz də çalışacağıq ki, AŞ Nazirlər Komitəsinə sədrlik etdiyimiz müddətdə plüralistik cəmiyyətin qurulması demokratiyanın tam təmin edilməsi məsələsində birgə uğurlu fəaliyyətimizi davam etdirək. Azərbaycanda multukulturalizm mühiti mövcuddur, tolerantlıq hökm sürür. Ölkəmizdə müxtəlif dinlərin və dillərin nümayəndələri uzun illərdir ki, dostluq və qardaşlıq şəraitində yaşayırlar. Bununla yanaşı Azərbaycanın uzun illərdir həllini gözləyən Dağlıq Qarabağ problem var ki, bu da hələ də öz həllini tapmayıb. Əlamətdar haldır ki, AŞPA bu istiqamətdə ədalətli mövqeyini ortaya qoyub və qərar qəbul edilib. Ancaq hesab edirik ki, münaqişənin həllində səylər daha da gücləndirilməlidir”. vitse prezidentinin vizasının ləğvinin gəlincə isə, Oqtay Əsədov qeyd edib ki, Azərbaycan tərəfi ümumiyyətlə ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfər edən şəxslərlə bağlı öz xəbərdarlığını çoxdan edib. Və bu qərar həmçinin həmin şəxsə də aiddir. [b]Günel Türksoy[/b]
Sorğu
Yeni dizaynımız necədir?