Müdafiə Nazirliyi Emin Həsənliyə xəbərdarlıq edib?
Sabiq müdafiə naziri Səfər Əbiyevin dönəmində qeyri-hərbi məqsədlər üçün paylanmış, icarəyə verilmiş və satılmış Nazirliyin fondundakı daşınmaz əmlakların inventarizasiyası başlanıb.
“Qafqazinfo”ya hərbi mənbələrdən daxil olan məlumata görə, Əbiyev vaxtıilə hərbi şəhərciklərdə və Müdafiə Nazirliyinə məxsus torpaq sahələrindəki binaların əksər hissəsini ayrı-ayrı təşkilatlara icarəyə verib və ya satıb. Mənbənin sözlərinə görə, hazırda sənədlər araşdırılır və yaxın zamanlarda bu obyektlərin təyinatı üzrə istifadəyə qaytarılması prosesi həyata keçiriləcək.
Onu da qeyd edək ki, mülki şəxslərin istifadəsinə verilmiş obyektlər arasında məşhur Ordunun Dostları Mətbuat Klubunun sədri Emin Həsənliyə Ceyhun Hacıbəyli küçəsində verilmiş tikili də var. Həmin təşkilata da şifahi müraciət olunub və obyektin boşaldılması üçün yaxınlarda məktub göndəriləcək.
Ordunun Dostları Mətbuat Klubunun sədri Emin Həsənli isə “Qafqazinfo”ya açıqlama verərək bununla bağlı heç bir məlumata sahib olmadığını, eyni zamanda eks nazirin dövründə Ceyhun Hacıbəyli küçəsində ona tikili verilmədiyini bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?