O, prezidentin məsələhətçisi vəzifəsində çalışa bilər
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və sabiq iqtisadiyyat naziri Kaxa Dendukidze Ukraynada “exit pol”un nəticələrinə görə prezident seçkilərində qalib gələn Petr Poroşenkonun komandasında yer ala bilər. Bu barədə UDAR partiyasının lideri Vitali Kliçko açıqlama verib. O bildirib ki, gələcəkdə M.Saakaşvili və K.Dendukidze prezidentin məsələhətçisi vəzifəsində çalışa bilərlər. “Gürcüstan bizim üçün nümunədir. Bu barədə çoxları ilə müzakirələr aparmışam. Saakaşvili ilə də danışmışam. O, öz xidmətlərini təklif edib. Dendukidze ilə də söhbət etmişəm. Əminəm ki, onlardan hər biri ehtiyac yaranarsa, Ukraynanın yeni seçilmiş prezidentinə hər cür yardım edəcək”,-deyə V.Kliçko qeyd edib. Xatırladaq ki, ötən gün Ukraynada prezident seçkiləri keçirildi. “Exit pol”un nəticələrinə görə iş adamı Petr Poroşenko qalibdir. O, 55,70 % səs toplayıb. Yuliya Timoşenko isə 12,9 % səslə ikinci yerdə qərarlaşıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?