Bu barədə Ukrayna seçki qərargahının rəhbəri Vitali Kovalçuk açıqlama verib
Ukraynada “exit pol”un nəticələrinə görə prezident seçkilərində qalib gələn Pyotr Poroşenkonun seçki kampaniyasına xərclədiyi məbləğ açıqlanıb. Bu barədə Ukrayna seçki qərargahının rəhbəri Vitali Kovalçuk açıqlama verib. Onun sözlərinə görə, P.Poroşenko seçki kampaniyasına 90 milyondan çox qrivin (təqribi 6 milyon manat) sərf edib. Qeyd edək ki, ötən gün Ukraynada prezident seçkiləri keçirildi. “Exit pol”un nəticələrinə görə iş adamı Pyotr Poroşenko qalibdir. O, 55,70 % səs toplayıb. Yuliya Timoşenko isə 12,9 % səslə ikinci yerdə qərarlaşıb. Onu da bildirək ki, P.Poroşenko Ukraynada məşhur siyasətçi və uğurlu biznesmendir. O, məşhur "Roshen" qənnadı və "Bogdan" avtomobil korporasiyalarının sahibidir. "Forbes" jurnalının rəyinə əsasən, o, öz varidatına görə Ukrayna varlıları arasında 5-ci yer tutur (varidatı — $1,8 milyard).
Sorğu
Yeni dizaynımız necədir?