Saakaşvili ABŞ-da Ukrayna prezidentinə qarşı cinayət işlərinin açıldığını iddia edib
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu cani adlandırıb. Onun sözlrinə görə, ABŞ-da P.Poroşenko barədə açımış cinayət işləri mövcuddur.
Ukraynanın “strana.ua” saytına müsahibə verən Mixail Saakaşvili prezident Poroşenkonun ölkənin keçmiş baş naziri Pyort Lazarenko kimi ABŞ ərazisində həbs oluna bilinəcəyini söyləyib.
Gürcü siyasətçi cinayət işlərinin əsasən Poroşenkonun offşor zonalarındakı hesabları ilə bağlı olduğunu bidirib. Müxbirin keçmiş və indiki prezidentlərin öz aralarındakı münasibətlərin düzəlməsi ilə əlaqədar sualına cavab olaraq Mixail Saakaşvili bundan sonra Poroşenkononun əlini sıxmayacağını, onun ən çox prokuror və müstəntiqlərlə bir masa arxasında oturmalı olduğunu bildirib.
“Bu adam əsl cinayətkardır. Poroşenko minlərlə insanın “ocaqlarda” (Ukrayna ordusuna məxsus hərbi hissələrin Donbasdakı əməliyyatlar zamanı mühasirə ocaqlarına düşərək qırılması nəzərdə tutulur) məhv olmasında, minlərlə vətəndaşın aclıq və səfalət içində, habelə mühacirətdə ölməsində günahkardır. Ən əsası isə Poroşenko qırılan ümidlərin qatilidir. O, Ukrayna üçün qiymətli zamanı öldürüb, bunu isə ona bağışlamaq olmaz”, - Odessanın keçmiş qubernatoru deyib.
Bundan öncə isə Saakaşvili Gürcüstanın da hazırkı prezidenti Georgi Marqvelaşvilini qorxaq adlandıraraq ölkə vətəndaşlığını geri qaytarmağı tələb etmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?