Xaçmaz şəhər 2 saylı orta məktəbin onuncu sinif şagirdi Nərgiz Tağıyevanın intihar etməsi ailəni də cavabını tapa bilmədikləri suallar qarşısında qoyub. Mərhumun xalası Nərgizin dayısıoğlu ilə öz istəyinə əsasan nişanlandığını, bacısı qızının həyatında başqa adamın olmasından xəbərsiz olduqlarını deyir: "Öz istəyi olub. Atası dedi ki, istəyirsənsə verim. Öz xoşluğu oldu. Sonra ortaya çıxıb ki, guya Nərgizin istədiyi olub. Qapalı idi, amma savadlı, ağıllı tərbiyəli idi. Anasından gizlədib. Heç olmasa, mənə deyərdi. Atası deyir ki, bilsəydi, belə söhbət var, nişanı qaytarıb, o oğlana verərdi". "gundemxeber.az" APA TV-yə istinadən xəbər verir ki, Nərgizin əlaçı şagird olduğunu, şəklinin həmişə şərəf lövhəsindən asıldığını deyən xalası hadisədən bir neçə saat sonra xəbər tutduğunu deyir: "Anası mənə zəng etdi ki, Nərgiz evə gəlməyib. Dedim araşdıraq. Bir az eşitdim ki, xəbərin var Nərgizi asıblar. Mərhumun yaxınları da onun intihar edə biləcəyinə inanmadığını deyirlər: "Çox tərbiyəli, mərd qız idi. Heç bir səhvə yol verən qız deyildi. Çox gözəl xasiyyəti var idi. Mən düşünürəm ki, Nərgiz intihar edə bilməz". Nərgizin dəftərinin arxasına yazılan bu sözlər də diqqəti çəkir. Yazıdan məlum olur ki, məktubu Günel adlı biri yazıb. O, Nərgizə ağıllı olmağı, yalnız ona elçi göndərən adama inanmağı tövsiyə edir, həmçinin onu aldadanlar olduğunu söyləyir. Qardaşı deyir ki, Nərgiz gündəlik dərslərlə məşğul olduğu üçün onda heç bir qeyri-adi hərəkət hiss etməyib: "Mən 6-cı gün bayıra çıxanda sinif yoldaşları gəlirdi. Soruşdular ki, Nərgiz evdədir? Dedim yox. Dedilər anan evdədir? Sonra anama dedim ki, qızlar Nərgizi soruşdu. Qızlar dedi ki, çantasını məktəbdə qoyub, kitabxanaya gedib". Baş Prokurorluğun intiharla bağlı yaydığı məlumata görə, ilkin istintaqla müəyyən edilib ki, Vasif Quliyevlə Nərgiz Tağıyeva Xaçmaz şəhəri 2 saylı tam orta məktəbdə paralel siniflərdə təhsil almaqla son bir ildə bir-birilərini seviblər. Lakin 2 ay əvvəl Nərgiz Ukraynada yaşayan qohumuna nişanlandığından son günlərdə onların hər ikisi intihar etmək barədə sinif yoldaşlarına bildiriblər. Hadisədən bir neçə saat əvvəl Vasif və Nərgiz sonuncunun sinif yoldaşı Amin Əlipaşayevlə qeyd edilən meşə massivinə gediblər. İntihar etmək üçün qollarını şüşə parçası ilə kəsən zaman onları bu hərəkətdən daşındırmaq məqsədilə Amin də qoluna xəsarət yetirib. Lakin Vasiflə Nərgiz aldadaraq onu evlərinə yola salıblar. İlkin fərziyyəyə görə Vasuf bel kəməri ilə əvvəlcə Nərgizi boğaraq öldürüb, daha sonra isə həmin kəmərlə özünü ağacdan asıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?