Buna baxmayaraq paytaxt bazarlarında yemiş-qarpız alıcılarına rast gəlmək olar
Gigiyena və Epidimiologiya mərəkəzi əhaliyə xəbərdarlıq edir ki, qarpız və yemiş alarkən diqqətli olun. Bakı bazarlarında, eləcə də yol kənalarında qarpızın 1 kilosunun qiyməti 50 qəpik, 1-2 manat arası təklif olunur. Adətən qarpız və yemişi avqust ayında yeyərlər. İyun ayında isə bu meyvələrdən zəhərlənmə halları tez-tez müşahidə olunur. Amma buna baxmayaraq Yaşıl bazarda qarpız və yemiş alan alıcılara rast gəldik. Qarpızı Sabirabaddan gətirdiyini deyən satıcılar tələbatın normal olduğunu və onların insan sağlamlığına heç bir zərəri olmadığını deyirlər. Satıcı İlham Qurbanov bildirdi ki, gündə 500-600 kilo qarpız və yemiş satır. “Heç bir zəhərlənmə ola bilməz, çünki məhsul tam yetişdiyindən tərkibindəki kimyəvi maddələr məhv olub.” Alıcılarsa belə düşünmür. İndiki vaxtda alınan qarpızlarda sululuğun üstünlük təşkil etdiyini və tez xarab olduğunu deyirlər. Yüksək miqdarda gübrələnmənin nəticəsində qarpız və yemişdə nitratın artıdığını deyən Respublika Gigiyena və Epidemialogiya Mərkəzinin Qidalanma şöbəsinin müdiri İmran Abdullayev isə əhaliyə xəbərdarliq edir ki, xüsusilə iyun ayında qarpız və yemiş almaqdan çəkinsinlər. Odur ki hər məhsulu öz zamanında almağa çalışın. Əks halda sağlamlığınızı təhlükə altına atmış olarsınız.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?