GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Buz kimi qarpız, bal kimi yemiş

Buz kimi qarpız, bal kimi yemiş

Tarix: 26-06-2016, 22:52 Bölmə :Maraqlı Baxış: 456
Buz kimi qarpız, bal kimi yemiş

Yerli istehsalın artması həm İran və Türkiyə mənşəli qarpız və yemiş məhsullarının Azərbaycana idxalının azalmasına, həm də ölkəmizin ixrac potensialının artmasına səbəb olub. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, təkcə iyun ayı ərzində 57,5 ton qarpız, 16 ton yemiş məhsulu Rusiya Federasiyasına ixrac olunub.

Nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində Azərbaycana idxal olunan, eyni zamanda ölkədə açıq bostan şəraitində yetişdirilən məhsulların stasionar laboratoriya şəraitində analitik sistem cihazları vasitəsilə kimyəvi və toksikoloji müayinələri aparılır.
Son günlərdə həyata keçirilən müayinələr zamanı qarpızlarda nitratların miqdarının 37 mq/kq, yemişdə isə 72 mq/kq olduğu məlum olub. Müqayisə ücün bildirək ki, qarpızlarda nitratların norması 60 mq/kq, yemişdə isə 90 mq/kq-dır. Sevindirici haldır ki, müayinələr zamanı məhsullarda insan saglamlığı ücün təhlükə yaradacaq ağır metalların və pestisid qalıqlarının miqdarına rast gəlinməyib.

Dövlət Fitosanitar Nəzarəti Xidməti istehlakcıları bostan məhsulları alan zaman məhsulun xarici görünüşünə diqqət yetirməyə dəvət edir. Əzik, çatlamış, çürüməyə məruz qalmış məhsullar almaq, eyni zamanda məhsulu soyuducuda uzun müddət saxlamaq olmaz. Əgər düzgün temperatura riayət olunmaqla məhsul soyuducuda saxlanılarsa və istifadə olunarsa, insan orqanizmi üçün heç bir təhlükə yarana bilməz.

Göründüyü kimi, qarpız və yemişdən yayın ilk ayından başlayaraq istifadə edilməsi ilə bağlı son illər güclənən ənənə bu il də davam edir. Bəs bu məhsulların erkən yetişməsi nə ilə əlaqədardır?

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Elmar Allahverdiyev qəzetimizə verdiyi açıqlamada bildirdi ki, həmin məhsulların vaxtından erkən yetişməsinin müxtəlif səbəbləri var: "Bəzi ərazilərdə, xüsusilə Cəlilabad zonasında qarpız əkilən zaman həmin sahə polietilen torbalarla örtülür. Digər bir tərəfdən isə bostan məhsullarını vaxtından bir qədər tez əkirlər. Əkin vaxtları adətən aprel-may ayında olursa, bəziləri hətta martın ortalarında artıq qarpız və yemiş əkirlər. Qarpız və yemişin mövsümdən əvvəl yetişməsinə səbəb olan amillərdən biri də bostan məhsullarına ona tez yetişməsi üçün gübrə verilməsidir. Bu gübrələrdən daha çox nitratlar-azot gübrəsindən istifadə olunur. Ona görə də bitki daha tez böyüyür və inkişaf edir. Gübrə normadan artıq veriləndə bu, insan səhhətinə mənfi təsir göstərə bilər".

E.Allahverdiyevin sözlərinə görə, məhsulun tərkibində gübrənin çox olmasını müxtəlif üsullarla bilmək olar: "Bunu həm kustar, həm də elmi üsulla öyrənmək mümkündür. Adi şəraitdə xüsusilə qarpızın saplaq tərəfinə fikir vermək kifayətdir ki, onun tərkibinin necə olmasını müəyyənləşdirəsən. Saplaq tərəfdə qarpızın ağ olması və damarlanması gübrənin çox verilməsinin əlamətidir. Laboratoriya şəraitində azot gübrəsinin səviyyəsi xüsusi cihazla yoxlanılır. Qarpızın tərkibindəki gübrənin miqdarının çox olması uşaqlara daha çox ziyandır. Bu, onlarda müxtəlif xəstəliklərə səbəb ola bilər. Azərbaycanda son illərdə bostan bitkiləri, xüsusilə qarpız və yemiş əvvəlki illərə nisbətən daha çox əkilir və məhsul əldə edilir. İndi artıq yerli məhsullarımız daxili bazarın tələbatını lazımınca ödəyir. Əvvəllər Özbəkistandan, Türkmənistandan ölkəmizə xeyli bostan məhsulları gəlirdi. Son illər bu rəqəm azalmağa başlayıb. Bu da onunla əlaqədardır ki, yerli məhsulun məhsuldarlığı və keyfiyyəti yüksəkdir. Son illər ərzində bu sahəyə diqqət artıb. Mərkəzi Aran, Saatlı, Sabirabad rayonlarında, Kürdəmir ərazisində yetişdirilən bostan məhsulları bu gün daxili bazarın təlabatını tam ödəyir".

Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında bildirdi ki, may ayının sonları və iyun ayının əvvəllərində bununla bağlı təxminən 12 müraciət qeydə alınıb: "Həmin xəstələr ağır şəkildə olmayıblar. Müraciətlərin demək olar ki, hamısı qarpız ilə bağlı olub. Həmin xəstələrdə ürəkbulanma, ümumi halsızlıq kimi hallar müşahidə olunub. Xəstələr müayinə edilib, onlara lazımi tövsiyələr verildikdən sonra öz evlərinə buraxılıb. Həmin xəstələr ümumiyyətlə xəstəxanada qalmayıb".

A.Maqsudov qeyd etdi ki, ümumiyyətlə, may-iyun ayları qarpız və yemişin yetişməsi üçün tezdir: "Erkən yetişdirilən bostan məhsullarının tərkibində kimyəvi maddələrin sayı və dozası xeyli çox olur. Məsləhətdir ki, insanlar həmin tərəvəzlərin yetişmə vaxtını gözləsinlər. İyunun axırı-iyulun əvvəlləri qarpızın əsl yetişmə vaxtıdır. Burada sırf təbii yolla yetişdirilən qarpız-yemişdən söhbət gedir. Lakin qeyd etməliyəm ki, əvvəlki illərə nisbətən bu il zəhərlənmə faktı ilə bağlı müraciət edən xəstələrin sayı bir qədər azalıb. Düzdür, bununla bağlı erkən müarciətlər olsa da, bu il bu rəqəm çox azdır. Həmin insanlar isə sadəcə olaraq həkimə müraciət ediblər. Burada zəhərlənmə faktı qeydə alınmayıb. Misal üçün, keçən il bu rəqəm daha böyük, təxminən 20 nəfərə yaxın olmuşdu".

"Kaspi"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsmi xəbərdarlıq: "İyunda qarpız yemiş almayın"

    Rəsmi xəbərdarlıq: "İyunda qarpız yemiş ...

    19-06-2014, 10:31

  • 
  • İrandan gətirilmiş 24 ton yararsız kartof zərərsizləışdirilib

    İrandan gətirilmiş 24 ton yararsız kartof ...

    11-02-2016, 19:55

  • 
  • Statistika Komitəsindən bahalıq açıqlaması

    Statistika Komitəsindən bahalıq açıqlaması ...

    10-09-2013, 14:50

  • 
  • Bakıda sarı qarpız satılır - VİDEO

    Bakıda sarı qarpız satılır - VİDEO ...

    9-07-2016, 23:01

  • 
  • Nazirlik 700-dən çox sahibkarı cərimələdi

    Nazirlik 700-dən çox sahibkarı cərimələdi ...

    18-11-2013, 13:12


Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

May 2022 (293)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu