Bəyanatda İŞİD qruplaşmasının sünniliklə heç bir əlaqəsinin olmadığı vurğulanıb
Suriya İslam Məclisi (SİM) İraq Şam İslam Dövləti (İŞİD) təşkilatı ilə mübarizə aparmağın bu ölkədə yaşayan bütün müsəlmanlar üçün vacib olduğunu bəyan edib. Nüfuzlu liderlər, İslam alimləri, etnik qrupların dini nümayəndələrindən ibarət SİM heyəti bu barədə bəyanat yayıb. Bəyanatda İŞİD qruplaşmasının sünniliklə heç bir əlaqəsinin olmadığı vurğulanıb və İŞİD zülmünün Suriyada da özünü göstərdiyi qeyd edilib. Bəyanatda həmçinin bu təşkilatın cihadı və inqlabı boşa çıxarmağa çalışan “əl-Müxabərat” (Suriyanın kəşfiyyat idarəsi) ilə əlaqəsi olduğu bildirilib. “Müxabərat agentləri müxaliflərin arasına girərək Suriyada inqlabı məqsədindən uzaqlaşdırmağa çalışıb, bu hədəfinə çata bilmədiyi üçün İŞİD adı ilə müxalifətdən uzaqlaşaraq suriyalı inqlabçılarla mübarizə aparmağa başlayıblar. Bu səbəblə də İŞİD-lə mübarizə aparmaq bütün müsəlmanlara vacibdir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?