"İraq və Şam İslam Dövləti" (İŞİD) Suriyada əsas rəqiblərindən biri saydığı "Cəbhət ən Nüsra" terror qruplaşmasına hücumların sayını artırıb. "Cəbhət ən Nüsra" qruplaşması "Əl Qaida" ilə bağlıdır və İŞİD-i özünə düşmən, "kafirlər yığını" elan edib. Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, "Cəbhət ən Nüsra"nın tərkibindəki "Yərmuq dəstələri"nin əsir alınmış iki üzvünü İŞİD edam edib. Bu şəxslərin qollarını skotçla bağlayandan sonra İŞİD terrorçuları onları diz çökdürüblər və bədənlərinə partladıcı qurğu bağlayaraq onları partladıblar. Edam Suriyanın cənubunda gerçəkləşdirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?