İŞİD terror qruplaşmasına daha bir ölkənin radikal qrupu qoşulmaq barədə bəyanat yayıb.
“Əlcəzair Əl-Qaidəsi”ndən ayrılan “Xilafətin Əlcəzairdəki əsgərləri” adlı bir qrup özünü İŞİD terrorçularının xəlifəsi elan edən Şeyx Bağdadiyə biət etdiklərini açıqlayıb. “Cihadçı” saytlarda yayılan bəyanatda bildirilir ki, yeni qurulan bu qruplaşmanın lideri kimi Xalid Əbu Süleyman göstərilir. Özünü İŞİD xəlifəsi elan edən əl-Bağdadiyə xitabən yazılan bəyanatda, şeyx əmr verdiyi zaman ona itaət edəcək adamların olduğu vurğulanıb. Qeyd edək ki, bundan əvvəl də bir sıra terror qruplaşmaları Əl-Qaidənin yerinə, İraq və Suriyada geniş bölgələri ələ keçirən, eləcə də internet üzərindən güclü bir şəkildə təmsil edilən İŞİD terrorçularını seçməyə üstünlük vermişdilər. (anspress.com)
Sorğu
Yeni dizaynımız necədir?