Gürcüstanın mərhum prezidenti Eduard Şevardnadzenin vəsiyyəti açıqlanıb. Söhbət sabiq prezidentin harada dəfn olunması ilə bağlı etdiyi vəsiyyətdən gedir. Şevardnadzenin vəsiyyətini onun sözçüsü olmuş Marina Davitaşvili açıqlayıb. Aydın olub ki, Eduard Şevardnadze mərhum xanımı Nanuli Saqareyşvilinin yanında dəfn olunmasını vəsiyyət edib. Marina Davitaşvili bəyan edib ki, vəsiyyətnaməyə uyğun olaraq sabiq prezidentin xanımının yanında basdırılmasına qərar verilib. Nanuli Saqareyşvili 2004-cü ilin oktyabrında vəfat edib. Eduard Şevardnadze mərhum xanımını evinin həyətində torpağa tapşırıb. Şevardnadzenin həmin evi paytaxt Tbilisinin yaxınlığında yerləşir. Eduard Şevardnadze iyulun 8-də 86 yaşında Tbilisidə vəfat edib. Eduard Şevardnadze 1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri vəzifələrində çalışıb. 1992-2003-cü illərdə müstəqil Gürcüstan dövlətinə rəhbərlik edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?