Gürcüstanın keçmiş dövlət təhlükəsizlik naziri İqor Giorqadze məni öldürməklə hədələyir.
Bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb. Saakaşvili həmçinin Giorqadzeninin rusiyalı jurnalist Leonid Yakuboviçə verdiyi müsahibənin görüntülərini də yayımlayıb: “Federal Təhlükəsizlik Xidmətinin polkovniki İqor Giorqadze 90-cı illərdə Eduard Şevardnadzeyə qarşı Moskvanın tapşırığı ilə terakt həyata keçirib. O zaman Şevardnadze möcüzə sayəsində teraktdan canını qurtara bildi, amma çox adam xəsarət aldı. İndi Moskvadakı bir neçə kanaldan o məni təhdid edir. Görünür, məni Ukraynadan qovmaq məqsədinə müvəqqəti nail olan Putin indi də Avropada aktiv olmağımı istəmir. O, daha çox öz təhlükəsizliyimə diqqət yetirməyimi istəyir”. Qeyd edək ki, bundan öncə Giorqadze “Zvezda” televiziyasına müsahibəsində Saakaşvilinin öz əcəli ölməyəcəyini bildirib. O, Saakaşvilinin yalnız öz sərt çıxışlarını dayandırdıqdan sonra əcəli ilə öləcəyini, amma Saakaşvilinin buna getməyəcəyini bildirib./axar
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?