Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü Birinci katibi Əbdürrəhman Vəzirov yanvarın 10-da 91 yaşında vəfat edib.
Bu barədə "Turan"a onun yaxınları məlumat verib.
Məlumata görə, Ə.Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib.
Əbdürrəhman Vəzirov 1930-cu ildə Bakı şəhərində doğulub.
SSRİ-nin Nepal Krallığında və Pakistan İslam Respublikasında səfiri olmuşdu.
1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində çalışıb.
Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Azərbaycanda qətllər törətməsindən bir neçə gün öncə, etirazlar zamanı Azərbaycanı tərk etmişdi, Moskvada yaşayırdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?