Rusiyada Tropa Troyanova adlı təriqət lideri Aleksey Şevstov "mürid"lərini döyərək tərbiyələndirir.
İnsanı döyməyin rus xalqının adətlərində xüsusi yerə malik olduğunu deyən təriqət lideri psixologiya elmləri doktoru A.Şevtsov tərəfdarlarını döyür, sillələyir. Belə ki, onun hamilə qadını sillələməsinin videogörüntüləri yayılıb və bundan sonra ölkə ayağa qalxıb.
Videoda onun hamilə qadını dəfələrlə sillələməsi və salondakıların səssiz reaksiyaları diqqətdən yayınmayıb. Görüntülərdə 6 aylıq hamilə olduğu iddia edilən qadının yanındakı gözü bağlı şəxsin isə onun həyat yoldaşı olduğu məlum olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?