Ukrayna Ali Radasının deputatı Oleq Lyaşko ilə bağlı maraqlı video-çarx yayılıb. Görüntülərdə deputatın Starobelsk şəhərində separatçıların liderini ələ keçirməsi öz əksini tapıb. Belə ki, Oleq Lyaşko könüllü dəstəsi ilə birgə Luqansk ərazisində gizlənən Vitali Ribalkanı tutub. Luqanskda referendum keçirilməsini təmin edən Ribalkanı həbs etdikdən sonra ukraynalı deputat onu polis idarəsinə gətirib. Oleq Lyaşko polis rəsmiləri ilə danışığında deyib ki, sepratçıların liderinə Starobelskda gizlənməyə bilərəkdən şərait yaradılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?