GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əsrin korrupsiya layihəsi - mundial-2018

Əsrin korrupsiya layihəsi - mundial-2018

Tarix: 14-07-2014, 02:38 Bölmə :Ölkə Baxış: 0
Əsrin korrupsiya layihəsi - mundial-2018


Braziliyada keçirilən və planetin əhalisinin təxminən yarısının TV və internetdən canlı izlədiyi futbol üzrə XX dünya çempionatı (DÇ) artıq tarixə qovuşur.

Lakin bu mundialın yekunları hələ uzun müddət şərh olunacaq, orada baş verən hadisələr hələ uzun illər müzakirə ediləcək. Özü də söhbət təkcə idman hadisələrindən getmir, həm də siyasi, sosial və iqtisadi olaylardan gedir. Bu sonuncu amillərin isə Rusiyadan ötrü böyük və ibrətamiz əhəmiyyəti var. Çünki Rusiya 2018-ci ildə keçiriləcək növbəti dünya çempionatına ev sahibliyi edəcək.

Braziliyanın İdman Nazirliyinin yaydığı məlumata görə, bu ölkə DÇ-2014-ün keçirilməsinə təxminən 11 milyard 630 milyon dollar vəsait xərcləyib. Braziliya bu göstəriciyə görə dünya rekordu vurub və indiyədək mundiala ev sahibliyi etmiş digər ölkələri tədbirə çəkilən xərclərin məbləğində dəfələrlə qabaqlayıb. Müqayisə üçün deyək ki, 4 il qabaq Cənubi Afrika Respublikasında keçirilən DÇ-2010 bu ölkəyə 4 milyard dollardan azacıq artıq vəsaitə başa gəlmişdi. Almaniya isə 2006-cı il mundialına cəmi 1,6 milyard dollar xərcləmişdi. Bu da gözlənilməz deyildi. Çünki Almaniyanın müasir tələblərə cavab verən idman qurğuları, müvafiq infrastrukturu və stadionları əvvəlcədən var idi.

Yeri gəlmişkən, indidən əminliklə demək olar ki, Braziliyanın xərclər sahəsindəki rekordunun ömrü çox az olacaq - Rusiya 2018 mundialına hazırlıq mərhələsində bu Latın Amerikası ölkəsini asanlıqla ötüb keçəcək.

Əsəbi zəif olanların oxuması məsləhət olmayan proqnozlar

Rusiyanın idman naziri, Rusiya-2018 Təşkilat Komitəsinin rəhbəri Vitali Mutko bu yaxınlarda DÇ-2018-in xərclərinə dair ilkin rəqəmləri açıqladı. Nazirin sözlərinə görə, bu xərclər 600 milyard rubldan çox, yəni təxminən 19 milyard dollar olacaq.

Amma bunu da nəzərə alaq ki, Rusiya hakimiyyət orqanlarının digər irimiqyaslı layihələrə (məsələn, Soçi Qış Olimpiya Oyunları) hazırlığının gedişində yaranmış arzuedilməz ənənələrinə uyğun olaraq hazırlıq prosesi başlayanda səslənən rəqəmlər sonralar getdikcə artır. Özü də dəfələrlə...



Yadınızdadırsa, 2010-cu ildə, yəni Rusiya DÇ-2018-i keçirmək hüququnu əldə edəndə rəsmi şəxslər mundiala çəkiləcək xərclərdən danışarkən bunun 3,8 milyard dollar olacağını demişdilər. Bu gün isə indiki Rusiya standartları ilə “gülməli” görünən həmin 3,8 milyardın adını belə çəkən yoxdur.

Hökumət adamları əvvəlcə deyirdilər ki, təkcə yeni stadionların tikilməsinə və bərpasına 3,8 milyard lazımdır. Sonra məlum oldu ki, bu pul heç stadionlara da çatmır.

2012-ci ilin əvvəllərində isə baş nazir Vladimir Putin (indiki prezident) DÇ-2018-in xərcləri ilə bağlı yeni rəqəm oxudu - 10 milyard dollar!

Lakin bu rəqəm də kalkulyatorların yaddaşında uzun müddət yaşaya bilmədi və cəmisi iki il ərzində az qala iki dəfə artdı.

İdman naziri Vitali Mutko xərclərin iki dəfə artmasına belə izah verir: “Biz təxmini proqnozlar veririk. Proqram tərtib etmişik ki, görək Rusiyadakı mundialın yüksək səviyyədə keçirilməsi üçün nə etmək lazımdır. Bu proqramda söhbət stadionlardan, aeroportlardan, informativ və tibbi təminat-təchizatdan, digər məsələlərdən gedir. Xərclərimiz təxminən 600 milyard rubl olacaq”.

Bu məbləğ son və qəti məbləğdirmi? Çətin ki, belə olsun. Bu rəqəm hələ dəfələrlə dəyişəcək. Dəyişikliyin nədən ibarət olduğunu anlamaq üçün fal açmağa ehtiyac yoxdur: xərclər artıb böyüyəcək.

Rusiyanın keçirdiyi iki böyük tədbirin yekunları da bunu əyani şəkildə göstərir. Asiya və Sakit okean hövzəsi ölkələrinin Vladivostokda keçirilən iqtisadi sammiti Rusiyaya 21 milyard, Soçi olimpiadası isə 50 milyard dollara başa gəldi (düzdür, hökumət deyir ki, bu 50 milyardın yalnız yarısı büdcə pullarıdır, qalanı özəl sektorun qoyduğu sərmayələr idi).

DÇ-2018-in daha ucuz başa gələcəyini təsəvvür etmək çətindir. Axı mundial həmin sammit və ya olimpiada kimi bir şəhərdə yox, 11 şəhərdə keçiriləcək. Ona görə də indidən əminliklə deyə bilərik ki, DÇ-2018 reallıqda 25-50 milyard dollara başa gələcək.

Bir, iki və... pul qurtardı

Rusiya İdman Nazirliyinin hesablamasına görə, proqnozlaşdırılan xərclərin 40 faizindən çoxu yeni stadionların tikintisinə və köhnələrin təmirinə gedəcək. Bu da o deməkdir ki, Rusiya stadionlara Braziliyadakından da çox (həm faiz, həm də məbləğ nisbətində) pul xərcləyəcək. Braziliya başa çatmaqda olan DÇ-2014-ün stadionlarına 2,7 milyard dollar xərcləmişdi.

Rusiyada isə bu rəqəm azı üç dəfə artacaq. Özü də hələ ən yaxşı halda... Əsas səbəb odur ki, Rusiyada mundiallara layiq müasir futbol stadionları yoxdur.

Qarşıdan gələn DÇ-2018-in oyunları 11 şəhərin - Moskva, Peterburq, Soçi, Yekaterinburq, Kazan, Nijni Novqorod, Rostov, Samara, Kalininqrad, Volqoqrad və Saransk - 12 stadionunda keçiriləcək. Deməli, ən azı 45 min nəfərlik 8 stadionu sıfırdan başlayıb tikmək, qalanlarını isə ciddi şəkildə yenidən qurmaq və modernləşdirmək lazım gələcək.



DÇ standartlarına uyğun stadion tikintisinin dəyəri hesablanarkən “Kazan Arena”nın smetası əsas götürülüb. 2013-cü il universiadası üçün tikilən bu arena büdcəyə 14,3 milyard rubla başa gəlmişdi.

Nazir V.Mutko inflyasiyanı nəzərə alaraq ümid edir ki, hər bir stadionun tikintisinə uzağı 15,2 milyard rubl, yəni 500 milyon dollar gedəcək.

Bunu nəzərə alanda belə çıxır ki, Rusiya stadionlarında hər bir tamaşaçı yeri (oturacaq) 10-10,5 min dollara başa gələcək. KPMG şirkətinin qiymətləndirməsinə görə isə Avropada bir oturacağın qiyməti 6 min dolları aşmır.

Moskvanın “Lujniki” stadionunun yenidən qurulması ilkin smetaya görə, 19-20 milyard rubla başa gələcək. Sankt-Peterburqda 70 min yerlik yeni stadionu tikməyə isə 43 milyard rubl lazımdır.

Lakin hələ bunlar da son hədd deyil. Təcrübə göstərir ki, stadion tikintisinin yekun xərcləri smetada göstərilən rəqəmləri həmişə ötüb keçir. Tikinti mütəxəssisləri deyir ki, DÇ standartına uyğun stadionların inşasını 14-15 milyard rubla başa gətirmək mümkün olmur və xərclər azı 20 milyarda çatır. Səbəblər çoxdur: layihələrdə səhvlər olur və onları rublla düzəltmək lazım gəlir, rublun dollar və avroya nisbətdəki məzənnəsi düşür və s.

Yeri gəlmişkən, nümunə kimi götürülən “Kazan Arena”nın inşasına çəkilən xərclər tikintinin gedişi ərzində artmış, nəticədə layihə 3,2 dəfə bahalaşmışdı. Əgər mundial üçün stadionların hamısının tikintisi bu qaydada davam eləsə, onda Rusiya 2018-ci ilədək bu işə 330 milyard rubl, yəni10 milyard dollar xərcləməli olacaq.

Pul “udmağa” hazır aeroportlar, otellər, yollar...

DÇ-2018-in oyunlarının keçiriləcəyi şəhərlərin əksəriyyətində aeroportlar, otellər və yollar beynəlxalq standartlara əsla cavab vermir. Hökumət müasir aeroportlar yaratmağa 245 milyard rubl, yəni təxminən 8 milyard dollar ayırmağa hazırlaşır. Bu xərclərin bir hissəsinni özəl sektor çəkəcək. Amma hansı hissəsini? Bu, məlum deyil.



İlkin hesablamalara görə, təkcə Şeremetyevo aeroportunun yenidən qurulması 63 milyard rubla başa gələcək. Moskvanın digər hava limanlarına da “milyard yağışı” yağacaq.

Peterburq, Yekaterinburq, Rostov, Nijni Novqorod, Kalininqrad, Samara, Saransk və Volqoqradın aeroportları da yenidən qurulacaq. Onların bəziləri əsaslı şəkildə təmir olunacaq. Rostovda sırf DÇ-2018 üçün yeni hava limanı tikiləcək ki, o da 37,5 milyard rubla başa gələcək. Bu məbləğin yalnız 50 faizi büdcədənkənar mənbələrdən əldə ediləcək, qalanı dövlət büdcəsindən ayrılacaq.

Saransk aeroportunun hələ də beynəlxalq statusu yoxdur. Onun yenidən qurulmasına 3,2 milyard rubl ayrılacaq. Volqoqrad aeroportunu abıra salmaq üçün 4, Nijni Novqorod hava limanı üçünsə 8 milyard rubl ayrılması nəzərdə tutulur.

Dəmiryolu və avtomobil yolları ilə bağlı vəziyyət də ürəkaçan deyil və xeyli xərc tələb edir. Yalnız 6 şəhəri (Moskva, Peterburq, Kazan, Nijni Novqorod, Yekaterinburq və Samara) bir-biri ilə bağlayan sürətli dəmiryol xətti var. Rusiyanın İnnovasiyalar, İnfrastruktur və İnvestisiyalar İnstitutunun mütəxəssisləri hesablayıblar ki, 2018-ci ilədək ölkədə 7711 km avtomobil, 2024 km də dəmir yolu çəkmək lazımdır. Ekspertlər Rusiyanın nəqliyyat şəbəkəsinə sırf DÇ-2018-lə bağlı yatırılacaq sərmayənin tam həcmini də açıqlayıblar - ən azı 35 milyard dollar!

Turistlər Rusiyaya gələndən sonra onlar haradasa yaşamalıdır, ya yox?! Bu da ciddi problemdir və onun həlli xeyli pul tələb edir. FİFA-nın standart və tələblərinə cavab verən otel problemi yalnız Moskva və Peterburqda müşahidə olunmur, qalan şəhərlərdə belə problem var. Rusiya 2018-ci ilədək ən azı 100 min yerlik üçulduzlu və daha artıq ulduzlu otel tikməlidir.

“Cushman&Wakefield” şirkətinin otellər bölməsinin rəhbəri Devid Cenkins Rusiyanın bu öhdəliyi ilə bağlı bədbin danışır. O deyir ki, bahalı otellərdə nömrələrin yalnız 3-4 həftəliyə dolmasına qarantiya var, bir ay davam edən çempionat bitəndən sonra isə o otellərin müştəri problemi yaranacaq.

Pul yumaq hüququ



Bahalı dünya çemiponatları tərəfdarlarının əlində çox ciddi bir arqument var. Bəli, onlar da bununla razılaşırlar ki, mundial keçirmək astronomik məbləğə başa gəlir. Amma bu da var ki, futbol üzrə dünya birincilikləri hər turnirdən-turnirə daha çox gəlir gətirir. Məsələn, Braziliya 2014-cü il mundialından təxminən 15 milyard dollar gəlir götürməyə ümid edir. Əgər bu məbləğ əldə olunsa, çempionata qoyulan pulu çıxarmaq mümkün olacaq, üstəlik 3 milyard dollardan artıq da xalis mənfəət qalacaq.

Baş nazirin I müavini İqor Şuvalov da artıq bəyan edib ki, Rusiya da böyük iqtisadi qazanca bel bağlayıb və bunu gözləyir.

Lakin bu gözləntilər özünü doğrultmaya da bilər. Səbəblərsə çoxdur. İnkişaf etməkdə olan ölkələrin,- CAR, Braziliya və Rusiya da bu kateqoriyaya aiddir,- bazarları indi heç də yaxşı səviyyədə deyil. Rusiya iqtisadiyyatının ən ağrılı yerlərindən biri olan kapitalın kütləvi axını problemi hələ də ciddi əngəl olaraq qalır. Son 5 ildə Rusiyadan 600 milyard dollarlıq kapital çıxıb. Əgər bu tendensiya qalmaqda davam etsə, Rusiya 2018 mundialından heç bir iqtisadi fayda götürməyə də bilər. Lakin digər bir, sırf rusiyasayağı səbəb də var - adına “pul yumaq hüququ” deyilən səbəb.

İqtisadi Ekspert Qrupunun rəhbəri Yevsey Qurviç bununla bağlı belə deyir: “Mənim dünya çempionatının Rusiya iqtisadiyyatını daha da şəffaflaşdıracağına şübhəm var. Rusiyanın belə irimiqyaslı layihələri həyata keçirmək sahəsindəki təcrübəsi bunun əksini deyir. Soçi olimpiadasında olduğu kimi hər şeyi çox qısa müddətdə tikib-qurmaq cəhdləri layihələri yaxşı-yaxşı işləyib hazırlamağa və həyata keçirməyə, açıq tender müsabiqələri elan etməyə mane olur, bunlara sadəcə vaxt qalmır”.

Siyasi Konyuktura Mərkəzinin rəhbəri Konstantin Simonov isə başqa məsələdən ehtiyatlanır: “Dünya çempionatına hazırlıq üçün ayrılan pulların məmurların “öz şirkətləri” vasitəsilə mənimsənilməsi riski də böyükdür. Bu şirkətlər hər işi şişirdilmiş qiymətlərlə və keyfiyyətsiz şəkildə görəcəklər. Üstəlik vergi güzəştləri və s. imtiyazlar tələb edəcəklər”.

Digər ekspertlər belə hesab edirlər ki, DÇ-2018-in hazırlığı üçün hansı büdcə tərtib olunursa-olunsun, ora mütləq korrupsiya “yemi” qrafası da əlavə edilməlidir.

Strateji Təhlil İnstitutunun rəhbəri İqor Nikolayev xatırladır ki, yol və otel tikintisi sahəsində layihə pullarının mənimsənilməsinin miqyası müxtəlif qiymətləndirmələrə görə, sifarişin həcmindən asılı olaraq 10-40 faiz arasında dəyişir.

Hələliksə yalnız bir şey aydındır: Rusiya istər rəsmi, istərsə də qeyri-rəsmi qiymətləndirmələrə görə tarixin ən bahalı dünya çempionatını keçirməyə məhkumdur. Doğrudur, bu rekord ola bilsin ki, cəmi 4 ildən sonra yenilənsin. DÇ-2022-ni keçirmək hüququnu 2010-cu ildə Rusiya ilə eyni gündə əldə edən şeyxanə dəbdəbəyə malik Qətərin zəngin rəhbərləri artıq indidən bəyan ediblər ki, onlar mundialın təşkilinə 100-200 milyard dollar arasında pul xərcləməyə canla-başla hazırdırlar.

Düzdür, bunu da deməliyik ki, Qətər adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcminə görə dünya liderlərindən biridir. Dünya Bankının açıqladığı rəqəmlərə görə, Qətərdə adambaşına 93 min dollarlıq ÜDM düşür. Müqayisə üçün deyək ki, Rusiyada bu rəqəm 14,6 min dollardır. Amma bu da maraqlıdır: büdcə pullarını yuyub talamaqla bağlı vəziyyət görəsən Qətərdə necədir?

Dmitri Dokuçayev, Rusiya
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Futbol üzrə dünya çempionatının qalibi 40 milyon dollar alacaq

    Futbol üzrə dünya çempionatının qalibi 40 milyon ...

    4-12-2013, 11:32

  • 
  • FİFA prezidenti: Azərbaycan dünya çempionatına ev sahibliyi edə bilər

    FİFA prezidenti: Azərbaycan dünya çempionatına ev ...

    2-04-2016, 01:40

  • 
  • Qətər dünya çempionatına 200 milyard dollar xərcləyəcək

    Qətər dünya çempionatına 200 milyard dollar ...

    10-02-2017, 11:24

  • 
  • Dünya çempionatında iştirak edəcək komandalar bəlli oldu

    Dünya çempionatında iştirak edəcək komandalar ...

    20-11-2013, 12:55

  • 
  • Bu gün futbol üzrə dünya çempionatı başlayır (VİDEO, FOTO)

    Bu gün futbol üzrə dünya çempionatı başlayır ...

    12-06-2014, 19:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu