Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə baxışında bu gün o, ifadə verib.
APA-nın verdiyi məlumata görə, o, ifadəsində Yeqor Şerbakovu qətlə yetirmədiyini söyləyib: "Hadisə baş verən gün Moskvada olmamışam. Həmin gün yaşadığım Kolomno şəhərində idim".
İlkin istintaqa verdiyi ifadənin əksinə danışan Orxan Zeynalov söyləyib ki, saxlanılan zaman hüquq-mühafizə orqanları tərəfindən vəhşicəsinə döyülüb ona görə də yanlış ifadə verib.
Qeyd edək ki, bu cinayət işi Azərbaycanla Rusiya arasında gərginlik yaranmasına səbəb olmuşdu. Sonradan gərginlik aradan qaldırıldı. İndi yalnız məsələ hüquqi müstəvidə araşdırılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?