GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rusiya hüquq müdafiəçiləri Orxan Zeynalovu tutanları məhkəməyə verir - (Yenilənib)

Rusiya hüquq müdafiəçiləri Orxan Zeynalovu tutanları məhkəməyə verir - (Yenilənib)

Tarix: 21-10-2013, 13:00 Bölmə :Ölkə Baxış: 728
Rusiya hüquq müdafiəçiləri Orxan Zeynalovu tutanları məhkəməyə verir - (Yenilənib)
Moskvanın Biryulevo rayonunda 25 yaşlı rus gənci Yeqor Şerbakovu öldürməkdə ittiham edilən Azərbaycan vətəndaşı Orxan Zeynalovu həbs edən SOBR xüsusi təyinatlı dəstəsinin döyüşçüləri məhkəməyə verilir.

Virtualaz.org saytı Rusiya qaynaqlarına istinadən xəbər verir ki, rusiyalı insan haqları müdafiəçiləri SOBR döyüşçülərinin O.Zeynalovu həbs edərkən onunla “sərt davrandıqlarına görə” cəzalandırılmasını tələb edir.

SOBR döyüşçülərinə qarşı məhkəmə iddiasını “Obşestvenniy verdikt” fondundan hüquq müdafiəçiləri qaldırıb. İnsan haqları müdafiəçiləri müvafiq ərizə ilə bu gün məhkəməyə müraciət etməyə hazırlaşırlar.

İddia ərizəsində məhkəmədən SOBR döyüşçülərinin Moskva ətarfındakı Kolomna şəhərində qətldə ittiham olunan Azərbaycan vətəndaşının saxlanılması zamanı yol verdikləri hərəkətlərə hüquqi qiymət verilməsi istənilir.

Hüquq müdafiəçiləri əllərinə qandal keçirilmiş Zeynalovun yerə yıxılmasını və təpiklənməsini insan haqlarının pozulması kimi qiymətləndirir. Rusiyalı hüquq müdafiəçiləri bildirir ki, Zeynalovun vertolyotun döşəməsində aparılması, meşədə vəkilin iştirakı olmadan dindirilməsi, ona güclü ağrı verən hərəkətlər hüquq-mühafizə orqanları üçün yolverilməzdir. Xüsusən də Daxili İşlər Nazirliyində islahatların davam etdiyi bir vaxtda...

“Saxlanılmış şəxsə qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hədsiz və əsası olmayan güc tətbiqinin televiziyalarda açıq-aşkar nümayiş etdirilməsi bu cür hərəkətləri legitimləşdirir, həm vətəndaşlar, həm polis bölmələri üçün “tətiyin çəkilməsi” kimi qəbul olunur. Əgər federal Daxili İşlər Nazirliyi bu cür həərkətlərə yol verirsə və onu peşəkarlıq nümunəsi kimi qiymətləndirirsə, təəssüf ki, bu, polis əməkdaşları üçün icazə verilmiş iş standartı kimi qəbul oluna bilər” - deyə hüquq müdafiəçiləri bildirir.

“Moskovskiy komsomolets” qəzeti isə rusiyalı hüquq müdafiəçilərinin bu addımnı tənqid edir, onları “Orxan fan-klubu”nun üzvləri adlandırır. Qəzet xatırladır ki, Azərbaycanda da artıq 25 yaşlı gənci öldürən qatilin müdafiəsi kampaniyası başlayıb.

“Bir az da keçsə, Azərbaycan bu personajı almaq üçün Rusiyaya pul təklif edəcək, onu vətəndə milli qəhrəmana çevirəcək və müxtəlif imtiyazlar verəcək” - deyə qəzet yazır.

Müəllif bildirir ki, hamının başı O.Zeynalovun müdafiəsinə qarışsa da onun ürəyindən bıçaqlayaraq öldürdüyü Yeqor Şerbakovun ailəsinin acılarına şərik çıxan, nişanlısı Kseniyanın məhv olmuş həyatı ilə maraqlanan yoxdur.

Qəzet rusiyalı insan haqları müdafiəçilərini ABŞ polisinin təhlükəli cinayətkarları yaxalayarkən necə davrandığına, onların azacıq da olsa müqavimət göstərməyə, qaçmağa cəhd edən cinayətkarı güllələyib deşik-deşik etdiyinə nəzər salmağa çağırıb.

* * *

“Hələ də müvəkkilim Orxan Zeynalovla görüşə bilməmişəm”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya paytaxtında 25 yaşlı Yeqor Şerbakovu qətlər yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun vəkili Viktor Anikuşkin bildirib.

Onun sözlərinə görə, istintaq orqanları hələ də Orxan Zeynalovla görüşünə icazə verməyiblər.

Vəkil bu gün Presnenski Rayon Məhkəməsinin Orxan Zeynalov barəsində həbs-qətimkan tədbiri seçilməsi qərarından apelyasiya şikayəti verdiyini də bildirib: “Bu gün şikayətimi Moskva Şəhər Məhkəməsinə təqdim etdim”.

V.Anikuşkin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və Rusiya Federasiyanın baş prokuroru Yuri Çaykaya şikayət məktubu yazdığını da söyləyib: “Şikayət məktubu Orxan Zeynalov saxlanılan zaman hüquq-mühafizə orqanları tərəfindən ona qarşı göstərilən təzyiqlərlə bağlıdır. O, saxlanılan zaman təqsirsizlik prezumpsiyasının tələbləri ciddi şəkildə pozulub”.

Vəkil Orxan Zeynalovun ilkin ifadələri haqqında da danışıb. Onun sözlərinə görə, Orxan Zeynalov ilkin ifadəsində qətli özünü müdafiə etmək məqsədilə törətdiyini bildirib: “Orxan bildirdi ki, özünü müdafiə edib. Şerbakovu öldürmək fikri olmayıb”.

Virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya ictimaiyyəti Orxan Zeynalovun müdafiəsinə qalxdı

    Rusiya ictimaiyyəti Orxan Zeynalovun müdafiəsinə ...

    17-10-2013, 15:40

  • 
  • Orxan Zeynalov “maski-şou”su: tam versiya - (Video)

    Orxan Zeynalov “maski-şou”su: tam versiya - ...

    17-10-2013, 21:27

  • 
  • Orxan Zeynalovun həbs müddəti uzadılacaq

    Orxan Zeynalovun həbs müddəti uzadılacaq ...

    9-12-2013, 12:53

  • 
  • Orxan həbs olundu - Yenilənib

    Orxan həbs olundu - Yenilənib ...

    15-10-2013, 20:14

  • 
  • Orxan Zeynalovun həbsxana görüntüləri (VİDEO)

    Orxan Zeynalovun həbsxana görüntüləri (VİDEO) ...

    28-11-2014, 01:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu