GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məhkəmə Elnarə Tofiqqızını öldürənləri müdafiə etdi!

Məhkəmə Elnarə Tofiqqızını öldürənləri müdafiə etdi!

Tarix: 17-07-2014, 02:11 Bölmə :Ölkə Baxış: 0
Məhkəmə Elnarə Tofiqqızını öldürənləri müdafiə etdi!


Hakim bir ailənin taleyini öz nəfisinə qurban verdi


“Bu qərar bir daha təsdiq elədi ki, mən şübhələrimdə haqlıyam: Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov ayın 9-da prosesə müdaxilə etdi və bu müdaxilədən sonra qarşı tərəfin lehinə qərar çıxdı. Heç bir şübhə ola bilməz ki, Ələddin Cəfərov və hakim Mətanət Qasımova qarşı tərəfdən rüşvət aldı və hüquq bir yana, heç bir əxlaqa, insanlığa, ləyaqətə, şərəfə sığmayan qərara imza atdılar”.

Bu sözləri zərərçəkən Anar Niftəliyev həyat yoldaşı, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı Yasamal Rayon Məhkəməsində maddi təzminat iddiası ilə bağlı çıxarılan qərara münasibət bildirərkən deyib. A.Niftəliyevin sözlərinə görə, əməliyyatda iştirak edən hər 3 həkimə və klinikaya qarşı 750 min manat dava açılmışdı:

“Qarşı tərəfdən prosesdə heç kim iştirak etmirdi. Məhkəmənin dəfələrlə təkidindən sonra həkimlərdən biri – bizi əməliyyatın heç bir xətər olmadan ötüşəcəyinə inandıran, o vaxta qədər heç vaxt görmədiyim “Medi Sina” klinikasına aparan, əməliyyatı təşkil edən və assistent kimi iştirak edən Fərəcullah İdrisov iyulun 4-də keçirilən prosesə öz vəkili ilə qatıldı. Vəkil işə yeni qatıldığını bildirib, işlə tanış olmaq üçün vaxt istədi. Hakim bildirdi ki, artıq iddia müddətinin 3 ayı iyulun 14-də tamam olur, ona görə də iyulun 9-da növbəti proses təyin etməklə, qarşı tərəfə vaxt verdi”.

A.Niftəliyevin sözlərinə görə, hər şey iyulun 9-da həll olunub:
“İyulun 9-da, saat 14:00-da başlayacaq məhkəmə baxışından 10-ca dəqiqə əvvəl hakim Mətanət Qasımovanın köməkçisi bildirdi ki, proses təxirə salınır, hakim sədrin otağındadır və məsləhətləşmə aparır. İradımı bildirdim ki, ayın 14-də vaxt bitirsə, proses niyə təxirə salınmalıdır? Heç bir cavab vermədi, dedi, səbəblə bağlı sizə məlumat veriləcək.

Ayın 13-də isə telefonla zəng edib, 14-də növbəti prosesin olduğunu bildirdilər, amma ötən iclasın niyə təxirə salındığına aydınlıq gətirmədilər. Ayın 14-də keçən prosesdə məlum oldu ki, qarşı tərəf – Fərəcullah İdrisov və əsas həkim, onkoloq Mahir Məmmədov prosesdə iştirak edir, amma nədənsə, yenicə tutduqları vəkildən imtina ediblər. Mən elə həmin zaman da dedim ki, iyulun 9-da sədrlə görüşdükləri və sədr rüşvət alaraq, işi onların xeyrinə həll edəcəyinə söz verdiyi üçün, onlar daha vəkilə artıq pul xərcləməkdən imtina ediblər. Yoxsa hansı məntiqlə prosesə sonda qoşulan vəkildən cəmi bir iclas sonra imtina edilir?”

A.Niftəliyev iyulun 9-da məhkəmə baxışının məhz iclas başlayan ərəfədə, sədrin hakimi öz otağına çağırmasıyla təxirə düşməsini də bu rüşvət amili ilə bağlayır:
“Qərara baxın: məhkəməni vecinə belə almayan və əvvəlindən sonuna qədər prosesdə iştirak etməyən “Medi Sina” klinikasının 6, anestezioloq Firuz İbrahimovun isə 4 min mənəvi təzminat ödəməsi ilə bağlı qərar çıxarılır, prosesə gələn Mahir Məmmədov və Fərəcullah İdrisov isə bütün mənəvi məsuliyyətdən azad edilirlər. İnanıram ki, “Medi Sina” klinikasından kimsə, o cümlədən Firuz İbrahimov da iyulun 9-da Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərovun kabinetində təşkil edilən bazarlaşmada iştirak etsəydilər, onda onlar da maddi təzminatdan azad olunacaqdılar. Çünki bu qədər həyasız, utanmaz qərar çıxaran, məhkəmə sədrliyindən milyonlar qazanmaq üçün istifadə edən insandan nə desən gözləmək mümkündür”.

Qərarı təkcə hüquqa deyil, Azərbaycan dövlətinə, insanlığa utanc kimi qiymətləndirən Anar Niftəliyev bununla bağlı Prezident İlham Əliyevə də müraciət edib:

“Mən ölkə başçısı İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova müraciət edirəm: insanlığını itirən və qatillərin cəzasız qalması üçün bu qədər ictimailəşmiş bir işdə rüşvət almağa cəsarət edən həyasızlardan təhlükəli heç nə ola bilməz. Bu həyasızların, pulun gözünü bağladığı və puldan başqa heç bir dəyər tanımayan yaramazların vəzifə daşıması ölkənin təhlükəsizliyinə təhdiddir. Ləyaqətini itirən insandan hər şey gözləmək olar. Mənim bildiyim qədərincə, cəmi 3 min rüşvət miqdarında belə şərəfsiz qərar çıxarıblar. Üç minə ləyaqətini, şərəfini, nüfuzunu satan bir adamın cəmiyyət üçün nə qədər təhlükəli olduğunu deməyə ehtiyac yoxdur. Ölkə başçısından xahiş edirəm ki, qan üstündə alver edən bu yaramazların cəzalanmasına yardım etsin”.

Anar Niftəliyev nəinki apelyasiya şikayəti verəcəklərini, hətta heç bir nəticəyə baxmayaraq, Avropa Məhkəməsinə qədər işin aparılacağını bildirib:

“Avropa Məhkəməsinin qərarını alandan sonra bu rüşvətxor hakimlərlə bağlı proses başlayacaq: rüşvət alıb, hüquqsuz, qanunsuz, əxlaqsız, mənəviyyatsız qərar çıxaran hakimlərin hamısı cəzalanacaq. Yəni kim düşünürsə ki, bu qətl işindən rüşvət alıb, onu rahatlıqla yeyə biləcək, yanılır. Ramazan ayında qarşı tərəfdən rüşvət alıb, ləyaqətsiz qərar çıxaranı nə Allah bağışlayacaq, nə də bəndə”.

Jurnalist Anar Niftəliyevin hüquqlarını müdafiə edən vəkil Fərhad Mehdiyev isə məhkəmə prosesi ilə bağlı bildirdi ki, prosesdə şübhəli məqam cavabdeh tərəfin vəkilinin növbəti prosesdə iştirak etməməsi idi:


“Vəkilin prosesdə iştirak etməməsi onların əminliyindən xəbər verir. Ekspertiza rəyində bizim iddia qaldırdığımız şəxslərin təqsirini ortaya qoyan kifayət qədər dəlil var. Lakin ayın 9-na təyin edilən iclas olmadı. Növbəti iclasa isə qarşı tərəfin ümumiyyətlə vəkili gəlmədi. Səbəbi barədə isə məlumat vermədilər. Buna baxmayaraq, biz yenə də öz çıxışımızı etdik”.

F.Mehtiyev qeyd edir ki, prosesdə iştirak etməyən vəkilin əvəzinə məhkəməyə təqsirləndirilənlərdən ikisi gəlmişdi:



“Məhkəmədə ancaq əməliyyatı aparan onkoloq Mahir Məmmədov iştirak edirdi. Halbuki cavabdeh qismində əməliyyatın həyata keçirildiyi “Medi Sina” klinikasından başqa, əməliyyatı aparan hər üç şəxs - onkoloq Mahir Məmədov, həmin onkoloqu tapan və məsləhət görən asistent Fərəcullah İdrisov və anestezioloq Firuz İbrahimov iştirak etməli idi.

Hakim məhkəmədə bir dəfə iştirak edən M.Məmmədov və F.İdrisovu təqsirkar bilmədi. Halbuki onların təqsirini sübut edən yetərincə fakt təqdim olunmuşdu – baxmayaraq ki, cinayət işinin istintaqı yekunlaşmayıb və cinayət işi Bakı Şəhər Prokurorluğunda davam edir. Onkoloq M.Məmmədov da əməliyyatın keçiriləcəyi klinikanın şəraiti ilə tanış olmadığını deyir. Adicə elektroşokun olmadığı cərrahiyyə otağında əməliyyat aparan və xəstə qohumlarını arxayın salan Mahir Məmmədov əlbəttə məsuliyyət daşıyır.
Cərrah əməliyyata girmədən bunu hansı şəraitdə həyata keçirəcəyi ilə tanış olmalı idi. Əməliyyatın aparıldığı yer münasib deyilsə, o bu riski üzərinə götürməməli, xəstəni risk altına qoymamalı idi”.

Vəkil F.Məmmədov qeyd etdi ki, məhkəmənin çıxardığı qərar heç bir hüquqi məntiqə sığmır:

“Məni ən çox məyus edən qərar isə məhkəmənin insan həyatına verdiyi qiymətdir. Xəstəxananın və həkimlərin təqsiri üzündən bir insan həyatdan məhrum edilir və bunun qarşılığında iki həkim məsuliyyətdən azad edilir, ödəniləcək təzminat isə 10 min manata endirilir. Açılmış mülki iddiada tələb edilən təzminat 750 min manat idi. Ancaq bu, Azərbaycan reallığıdır ki, bu gün məhkəmənin insan ömrünə verdiyi dəyər 10 min manatdır. Burada söhbət hansısa insanın ləyaqətinin alçaldılmasından getmir, yaşamaq hüququnun itirilməsindən gedir. Bu 100 min manatdan aşağı ola bilməz. Bu qərar heç bir hüquq məntiqinə sığmır”.

Vəkil həmçinin bildirdi ki, qətnaməni aldıqdan dərhal sonra apelyasiya şikayəti veriləcək.

Qeyd edək ki, BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Bakıdakı "Medi Sina" Tibb Mərkəzində cərrahiyyə əməliyyatı zamanı həyatını itirib. Həkimlərin səhlənkarlığı nəticəsində həyatını itirən E.Tofiqqızının ölümü ilə bağlı cinayət işi hazırda Bakı Şəhər Prokurorluğunda davam etdirilir.

Nigar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə sədri Elnarə Tofiqqızını öldürənə satıldı

    Məhkəmə sədri Elnarə Tofiqqızını öldürənə satıldı ...

    21-07-2014, 12:32

  • 
  • Elnarə Tofiqqızının işinə baxan gənc hakim öldü

    Elnarə Tofiqqızının işinə baxan gənc hakim öldü ...

    12-05-2016, 12:18

  • 
  • Elnarə Tofiqqızının ölümü ilə bağlı təqsirləndirilən həkim məhkəmə zalında həbs edilib

    Elnarə Tofiqqızının ölümü ilə bağlı ...

    31-08-2015, 18:34

  • 
  • Elnarə Tofiqqızını öldürən həkimin daha bir cinayəti üzə çıxd

    Elnarə Tofiqqızını öldürən həkimin daha bir ...

    4-11-2014, 17:51

  • 
  • Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı

    Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı ...

    12-12-2013, 12:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu