GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məktəb direktoru müəllimələrə "bazar arvadı" dedi

Məktəb direktoru müəllimələrə "bazar arvadı" dedi

Tarix: 18-07-2014, 21:14 Bölmə :Ölkə Baxış: 0
Məktəb direktoru müəllimələrə "bazar arvadı" dedi


Bakı şəhərində məşhur məktəbdə direktor-müəllim qarşıdurması pik həddə çatıb. Xətai rayonundakı 171 saylı orta məktəbin direktoru haqqında inanılmaz ittihamlar irəli sürülüb.

Məktəbin direktoru İradə Murğuzovanın banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, bunun ziyanını isə müəllimlərə ödətdirməkdə günahlandırılır.

Direktor barəsində iddiaların müəllifi, məktəbin müəllimi Mədinə Tağıyeva milli.az-a açıqlamasında bildirib ki, İ.Murğuzova təhsil ocağına direktor təyin olunandan sinif rəhbərlərinə pul yığdırır və bütün narazılıqların da mənbəyi budur: “Direktorun dediyi pulu yığa bilmədim, ona görə də, sinfimi bağlatdı. Uşaqlarımı pərən-pərən saldı. Elə o vaxtdan məndən əl çəkmir. İclarslara getmirəm, mənə töhmət yazıb vurur divara. Uşaqlar da həmin töhmətin şəkilini divardan çəkərək məni və digər töhmət almış müəlimləri şantaj edir. Bütün bu şəkillər uşaqların mobil telefonundadır. Töhmət alan müəlimin uşağa söz deməyə ixtiyarı yoxdur. Şagirdə söz deyən kimi telefonuna çəkdiyini göstərərək şantaj edir ki, sizə töhmət verilib”.

Müəllimənin sözlərinə görə, İ.Murğuzovanın ona hiddətinin başqa səbəbi isə müəlimlərin adına banklardan götrüdüyü külli miqdarda kredit məsələsi ilə bağlıdır: “Bütün müəllimlər kredit götürüb ona verib. Krediti ödəmədiyindən müəlimlər uşaqlardan pul yığıb kreditə ödəyir. Mən kredit götürmədiyimdən belə edir. Direktor deyir ki, arxamda da duran var, qabağımda da. Nazirlikdə bir neçə adamın adını çəkir. Tələbim odur ki, töhmət yazdırıb uşaqları üstümə qaldırmasın. Yanvardan bu yana 5 töhmət verib mənə. İlboyu dərsə gəlməyən uşağa qiymət yazdırmağı tələb edir. Uşaq üçün pul təklif edir, mən də rədd edirəm”.

Direktor İradə Murğuzova isə onun barəsində işçisinin dediklərinə çox sərt reaksiya verdi, hətta onu təhqir etməkdən belə çəkinməyib.

“Ay əclaf, ay əclaf qadın... Mədinə məktəbimdə ən savadısız müəlimdi. Onu məktəbdə 7 ildir necə yola verirəm, bunu bir Allah bilir. Onun kimi vicdansız bazar arvadı yoxdur” - deyə söhbətə başlayan direktor onun haqda şikayətlər edən M.Tağızadənin müəllim adına ləkə gətirən olduğunu bildirib.

İ.Murquzovanın sözlərinə görə, düşmənləri çoxdur və ömrü boyu onun kreslosunda gözü olanlar var: “Məmnuniyyətlə buradan rədd olub gedərəm, amma Mədinəyə görə getməyəcəm. Özümü min kişidən üstün sayıram, qaçan kişilərdən deyiləm. Bir Mədinənin xarici görkəminə baxın, görün elə müəllim olar? Uşaqları zəifdir, özu tərbiyəsizdir”.

Direktor əlavə edib ki, sentyabrdan M.Tağızadənin dərslərinə oturub yoxlamalar aparacaq: “Bu gün Təhsil Nazirliyində oldum. Dedilər ki, nə istəyir yazsınlar. İslanmışın yağışdan nə qorxusu?! Olmayan şeyi yazıblar haqqımda”.

* * *17:16

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakının Xətai rayonunda yerləşən 171 saylı orta məktəbdə baş verən biabırçı olayla bağlı araşdırmalara başlayıb.

Bu barədə virtualaz.org saytına idarənin mətbuat xidmətinin rəhbəri Arzu Tarıquliyeva məlumat verib.

A.Tarıquliyeva dedi ki, məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzovanın müəllimlərin adına götürdüyü kredit borclarını elə onların özünə məcburi şəkildə ödətdirməsi ilə bağlı məlumatlar araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hüquq müdafiəçisi Teymur Rza məsələ ilə bağlı araşdırma aparılması üçün təhsil naziri Mikayıl Cabbarova müraciət edib.

T.Rza virtualaz.org saytına dedi ki, Təhsil Nazirliyinə etdiyi müraciətlərə yalnız məsələ mətbuata çıxandan sonra reaksiya verilib.

Ülviyyə - See more at: http://azerinews.info/index.php?newsid=11893#sthash.N2vGnLuh.dpuf
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Müəllimlərin adına kredit götürən direktorun məhkəməsi olacaq

    Müəllimlərin adına kredit götürən direktorun ...

    7-08-2014, 02:19

  • 
  • Məktəb direktoru müəllimlərin adına kredit götürüb pulu onlara ödətdirir

    Məktəb direktoru müəllimlərin adına kredit ...

    17-07-2014, 02:22

  • 
  • Nazir kreditini müəllimlərə ödətdirən direktorun işini araşdırır

    Nazir kreditini müəllimlərə ödətdirən direktorun ...

    19-07-2014, 14:07

  • 
  • Bakıda məşhur məktəbin direktoruna TÖHMƏT VERİLDİ

    Bakıda məşhur məktəbin direktoruna TÖHMƏT VERİLDİ ...

    5-04-2018, 10:35

  • 
  • Jurnalisti təhqir edən direktor cəzalandırıldı – RƏSMİ

    Jurnalisti təhqir edən direktor cəzalandırıldı – ...

    18-11-2017, 15:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu