Ötən gün Bakının Xətai rayonundakı 171 saylı orta məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzovanın banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit götürərək onlara ödətdirməsi barədə məlumat yayılıb. "Qafqazinfo” məsələ ilə əlaqədar Təhsil Nazirliyinə sorğu göndərib. Bu gün Bakı şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırılma aparılır. Bütün təfərrüatlar məlum olduqdan sonra məlumat veriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?