GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Evində öldürülən məşhur həkimin atasından sensasion açıqlamalar

Evində öldürülən məşhur həkimin atasından sensasion açıqlamalar

Tarix: 19-07-2014, 04:18 Bölmə :Ölkə Baxış: 0
Evində öldürülən məşhur həkimin atasından sensasion açıqlamalar


“Oğlumun qətlində Mərkəzi Klinik Xəstəxananın həkimlərindən şübhələnirəm”



Ötən il mayın 25-də Bakının Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri, 1977-ci il təvəllüdlü Cavid Həmişəyevin vəhşicəsinə öldürülməsi mətbuatın diqqətindədir. Mərhumun atası Zaməddin Həmişəyev KİV-lərə bildirib ki, onun oğlunun qətlə yetirilməsini gəlini İradə Orucova sifariş verib. İ.Orucovanın nümayəndəsi, tanınmış vəkil Aslan İsmayılov isə Z.Həmişəyevin söylədiklərinin həqiqət olmadığını, onun qətlə yetirilmiş oğlunun əmlakına sahiblənmək üçün gəlininə şər atmaqdan çəkinmədiyini söyləyib.



Bu qətli törədən üç şəxs — Türkan Bağırlını, Yasin Ərəbovu və Koroğlu Məmmədovu hüquq-mühafizə orqanlarının əməkdaşları həbs edib. 2014-cü il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu səs-küylü qətldə təqsirləndirilən adıçəkilən şəxslərin cinayət işi üzrə proses başlayıb. Hər 3 şəxs tamah məqsədi ilə qəsdən adam öldürməkdə ittiham olunurlar.



“Yeni Müsavat” qanlı cinayətdə təqsirləndirilən Türkan Bağırlının müstəntiqlərə verdiyi ifadəsini dərc etdikdən sonra mərhum həkimin atası Zaməddin Həmişəyev redaksiyamıza gəlib və yazılı şəkildə təqdim etdiyi mövqeyinin dərc edilməsini istəyib.



Z.Həmişəyev yazır ki, Nərimanov Rayon Prokurorluğunun müstəntiqi Vüqar Kərimov, bu cinayət işini bilərəkdən 180 dərəcə səhv istiqamətə yönəldib. Zakir Qaralova ümidini ifadə edən Z.Həmişəyev baş prokurorun qəbulunda olduğunu və cinayətin izini azdıran müstəntiqlərin cəzalandırılacağına vəd aldığını açıqlayıb:



“Biz valideynlər, bu ağır cinayətin materialları ilə indiyədək tanış ola bilməmişik. Bilirsiniz niyə? Bax, bu, çox ciddi sualdır”.



Z.Həmişəyev vəkil Aslan İsmayılovu hədəf götürərək yazır: “Onun hüquqi məsləhətləri ilə və Nərimanov Rayon Prokurorluğunun müstəntiqi Vüqar Kərimovun havadarlığı və birbaşa iştirakı ilə oğlumun həyat yoldaşı İradə Oruclu, yas mərasiminin 2-ci günü, Cavidin ailəvi dostları — həkimlər Fərid Əliyev, Kamran Yaqubov, İkram Rüstəmov və onların həyat yoldaşları ilə birlikdə, Bakıya qayıtmış, mərhumun valideynlərinin xəbəri belə olmadan Aslan İsmayılovu may ayının 29-da rəsmi vəkil tutmuş və onun hüquqi məsləhəti ilə, həmçinin Vüqar Kərimovun birbaşa köməyi ilə özünü bir növ sığortalamışdır! Özünü zərərçəkmişin hüquqi varisi etdirmişdir ki, biz ondan şübhələnməyək, bu cinayət işinin materialları ilə nə biz, nə də nümayəndəmiz tanış ola bilməyək. Qanunlarımız isə ikinci şəxsin zərərçəkmiş kimi tanınmasına imkan vermir. Əslində isə bu cinayət işinin izləri Mərkəzi Klinikada olan şübhələndiyimiz həkimlərə aparıb çıxarır. Cavidin kardiologiya sahəsində uğurları onların bu yola əl atmalarına, ona qarşı peşə paxıllığı və tamah hisslərinin güclənməsi olaraq, Cavidin həyat yoldaşı və onun Ədliyyə Nazirliyi sistemində çalışan qardaşı — İsgəndər Əsəd oğlu Orucovun əməlləridir! Oğlumun (xoşagəlməz ifadə işlədir-E.M.) həyat yoldaşı İradə Oruclu sonradan etiraf edib ki, onsuz da son iki ildir ki, biz Cavidlə ər-arvad münasibətində yaşamırdıq.



Cavidin anasına deyib ki, son altı ay Cavidi izlədib. Oğlumun və gəlinimizin bizim ailədən cidd-cəhdlə gizlətdikləri (İradə Oruclunun valideynlərinin tövsiyəsi ilə, əlbəttə…-Z.H.) bir çox məqamlar, naqisliklər bizə çox sonralar məlum olub. Halbuki yeganə oğlumuzun valideynləri kimi, bizimlə hər bir işin əvvəlindən məsləhətləşməli idilər. Bəs niyə etmədilər? Qazax rayonunda bir çox kriminal hadisələrin (həbs etdirmək, qətl, ölüm, ailələri sahibsiz qoymaq və s.) iştirakçısı və təşəbbüskarı olanlardan bundan artıq nə gözləmək olardı?! Nə isə, bütün bunlar hamısı məhkəməlikdir, Ağır Cinayətlər, Apelyasiya, Ali Məhkəmə və Avropa Məhkəməsi! Həqiqət tam üzə çıxıb öz yerini tutanacan! Əmin olsunlar buna. Tutulan (saxlanılan) cinayətkarların ömürlük cəza alacağı şübhəsizdir. Bunu qoy onlar da dərk etsinlər. Hələ gec deyil, açıq etiraf etsinlər həqiqəti. Saxlanılan Türkan ilk hazırlıq iclasında etiraf etdi ki, ifadə vermək istəmir! ”Rusiya səfirliyindən nümayəndə tələb edirəm» dedi. Ardınca da “çünki məndən ifadəni müstəntiq Vüqar məcbur edib” — masadakı su butulkalarına işarə edib — “qol çəkdiriblər” — söylədi.



Zaməddin Həmişəyev: “Bu qətlin sifarişçiləri arasında gəlinim və onun ədliyyə sistemində çalışan qardaşı İsgəndər Orucov da var”


Həmçinin o biri saxlanılan cinayətkarlar — Koroğlu və Yasin. Onların ilk yazılı ifadələri ilə, həmçinin telekanallarda isti-isti verdikləri ifadələrlə məhkəmədəki ifadələri arasında böyük təzadlar var. Vicdansız müstəntiqlər uydurma ifadələrlə öz işlərini bitmiş hesab ediblər. İnsan qanını pula satan vicdansızlar!



Keçən ilin avqust ayının 9-da müstəntiq Vüqar Kərimov mənə və nümayəndəm — vəkil Əlövsət Ağamoğlanova bildirmişdi ki, sizə “bomba” xəbər deyəcəm! Vaxt çatanda isə “bilirəm, ancaq deməyəcəm. Əlinizdən gələni edin! Lap Zakir Qaralova şikayət edin, istəsəniz lap İlham Əliyevə”, deməyəcəm. Kefim belə istəyir». O, prokuror işçisinin etik norma və qaydalarını pozmuş və vəzifə səlahiyyətlərini aşıb…»



Z.Həmişəyev cidd-cəhdlərinə baxmayaraq istintaq materialları ilə tanış ola bilmədiklərini yazır: “Görəsən, hansı məqsədlə Türkanın ”yazıq və yetim» obrazını yaradıblar?! Hansı ki, bu hadisəni boynuna götürən üç qatildən biridir. Qatilləri cəmiyyətimizə mələk libasında təqdim edənlər nə məqsəd güdür? Özü də məhkəmənin getdiyi zamanda… Belə çıxır ki, bizim şübhələndiklərimizin birbaşa sifarişi ilə xüsusi killer bu cinayəti törədibdir. Daha bunu ört-basdır edə bilməzlər.



Cinayətkarlar nə qədər maskalansalar da üzləri açılacaq, ifşa olunacaqlar. Çünki Türkan məhkəmə iclasında, birmənalı olaraq, hamının eşidəcəyi tərzdə etiraf edib dedi: “Mən heç bir vaxt Cavid həkimlə heç bir ünsiyyətdə olmamışam. Onun öldürülməsinə də razı olmamışam! O, çox yaxşı insan idi… Təbii ki, onun ifadəsi cinayət prosesinin protokolunda öz əksini tapıbdır. Bu cinayət işinin ədalətlə araşdırılması, sifarişçilərin və cinayəti törətmiş olanların cinayətə cəlb olunmaları üçün respublikamızda tanınmış akademiklər, xalq şairləri, ziyalılarımız, Milli Məclisin bir çox deputatı, Qazax rayonun ictimaiyyəti ölkə prezidentinə, baş prokuror Zakir Qaralova müraciətlər ediblər.



Bu müraciətlərin bir real nəticəsi olacaqdır. Olmasa, sonda Apelyasiya Məhkəməsi, Ali Məhkəmə və Avropa Məhkəməsi var! Faşistlər Böyük Vətən müharibəsi illərində ağ xalat geyinmiş həkimləri öldürmürdülər. Bir həkimi öldürmək — minlərlə insanı məhv etmək deməkdir! Ona görə inamımız böyükdür ki, bu cinayət işi Prezident Administrasiyası və Baş Prokurorluğun ciddi nəzarətindədir! Bu cinayətin əsl kökündə paxıllıq dayanır. Təkcə bizim ailə deyil — xalqımız bir layiqli övladını itirdi. Təki bu son olsun!



Bizim faciəmizə gizlincə sevinənlər isə bütün xalqımızın düşmənidirlər! Xalq düşməni!

Cavid özü idmanın bir çox növləri ilə məşğul olmuşdu. Sambo, karate növləri ilə. “Lokomotiv” idman klubunda futbol isə onun əsl hobbisi idi. Hər həftənin 5-ci günü həkim dostları ilə futbol oynayardı. Qətl günündən bir gün öncə də belə olub. Ona görə də saxlanılan Koroğlu və Yasinin onu müqavimətsiz qətlə yetirmələri ağlabatan deyil. Onun əlinin içində, üz nahiyəsində bıçaq izləri qalardı. Əfsus ki, burda həkim psixoloq terapevtin “əməyi” olub. Huşsuzlaşdırıb bütün qan dövranı damarlarını kəsib — tutulmuş canilərə böyük pul müqabilində boyunlarına götürmələrini planlaşdırmışlar. Sifarişin motivi əsl paxıllıqdır!»

E.MƏMMƏDƏLİYEV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Kardioloqun qatilinə ömürlük həbs istənildi

    Kardioloqun qatilinə ömürlük həbs istənildi ...

    13-10-2014, 13:47

  • 
  • Tibb bacısı iş yoldaşını bıçaqladı- Mərkəzi Klinik Xəstəxanada

    Tibb bacısı iş yoldaşını bıçaqladı- Mərkəzi ...

    25-12-2013, 12:28

  • 
  • İşgəncə ilə öldürülən Bakı sakini sahibkar imiş

    İşgəncə ilə öldürülən Bakı sakini sahibkar imiş ...

    8-01-2016, 12:35

  • 
  • Bakının mərkəzində gənc vəhşicəsinə öldürüldü

    Bakının mərkəzində gənc vəhşicəsinə öldürüldü ...

    12-01-2019, 11:20

  • 
  • Azərbaycanda iş adamı qətlə yetirildi

    Azərbaycanda iş adamı qətlə yetirildi ...

    30-06-2016, 11:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu