Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdindəki müalicə klinikasının kardiologiya şöbəsinin müdiri Cavid Həmişəyevi qətlə yetirənlərin məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirlən şəxslərə cəza istəyib.
Dövlət ittihamçısı Koroğlu Məmmədovun ömürlük, Yasin Ərəbov və Türkan Ağayevanın isə 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmişin qanuni nümayəndəsi Aslan İsmayılov məhkəmədə çıxış edərək, hər iki şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi oktyabrın 16-da davam edəcək.
Xatırladaq ki, 1977-ci il təvəllüdlü Həmişəyev Cavid Zaməddin oğlunun meyiti ötən il mayın 25-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında aşkarlanıb.
C.Həmişəyev Tibb Universitetinin tərkibində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri işləyib. Onun qətlə yetirildiyi ev də yaşadığı mənzil olmayıb. Həkim bu mənzili dostları ilə birlikdə kirayələyib.
Araşdırmalar zamanı məlum olub ki, C.Həmişəyev mənzildə tez-tez qadınlarla görüşüb. Budəfəki görüş isə acı sonluqla nəticələnib. C.Həmişəyevin meyiti evdə aşkarlanıb, onun şəxsi əşyaları, hətta paltarları da evdə tapılmayıb.
Hüquq-mühafizə orqanları C.Həmişəyevə məxsus 90 NU 363 dövlət nömrə nişanlı “Mercedes MLK” markalı avtomobilin də yerində olmadığını müəyyənləşdirib. Elə gecə saat 2 radələrində də avtomobil paytaxtın 20 Yanvar dairəsi yaxınlığında saxlanılıb.
Maşında olan Türkan Bağırlı, Yasin Ərəbov və Koroğlu Məmmədov saxlanılıblar. Onlar ilkin ifadələrində C.Həmişəyevi tamah məqsədilə qətlə yetirdiklərini etiraf ediblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?