Azinform.az saytına Bakının Binəqədi rayonu ərazisində baş verən növbəti qanunsuzluq barədə şikayət daxil olub. Şikayətin məzmunu belədir ki, ərazidə yaşayan bir qrup sakin Ayna Sultanova heykəlinin yaxınlığında olan «Ramin» şadlıq evi ilə üzbə-üz beşmərtəbəli binanın birinci mərtəbəsində hansısa işbazın apardığı qanunsuz tikilidən narazılıqlarını bildirirlər. Onların sözlərinə görə, hansısa şəxs köhnə tipli yaşayış binasının bir neçə mənzilini alıb və evləri biri-birinə qataraq ticarət obyekti inşa etdirir. Maraqlıdır ki, sözügedən kommersant bununla kifayətlənməyib sakinlərin gediş-gəlişi üçün nəzərdə tutulan səkini də inşa etdirdiyi obyektin sahəsinə əlavə edib.
Bir neçə gün əvvəl , Azinform.az-ın repartyoru həmin ərazidə olub və sakinlərin narahatçılığının əsaslı olduğunu müəyyən edib.
Bununla bağlı Binəqədi İcra Hakimiyyətinə rəsmi sorğu ilə müraciət etdik. Əvvəl İH-nin Məktublarla İş Şöbəsindən, sonra isə İctimai-Siyasi Şöbəsindən bizimlə əlaqə saxlayıb ünvanımızı və əlaqə vasitələrimizi dəqiqləşdirdilər. Həmin vaxt bizə bildirdilər ki, sorğumuza cavab vermək üçün bu dəqiqləşdirməni aparırlar. Ancaq nə qanunsuzluğu əks etdirən fotoşəkillərə, nə də bizim sorğumuza heç bir cavab verilmədi. Susmağın həm də razılıq əlaməti olmasını nəzərə alsaq onda belə bir nəticə hasil olur ki, rayonun icra başçısı Xaləddin İskəndərov abadlıq adı ilə yalnız rayonun görünən yerlərinə ot döşəyib, ağac əkməklə məşğuldur. Görünməyən yerlərdə isə səkülər hərraca çıxarılaraq satılır. Özü də icra başçısının xəbəri ola-ola.
Bir faktı da qeyd edək ki, bizim sorğumuzdan sonra həmin obyektə işlər daha da sürətlənib və artıq tamamlanmaq üzrədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?