GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nazir oğlunun xanım işçisinin qətli haqda şok məlumatlar – “Podruqası idi”

Nazir oğlunun xanım işçisinin qətli haqda şok məlumatlar – “Podruqası idi”

Tarix: 23-07-2014, 23:38 Bölmə :Ölkə Baxış: 0
Nazir oğlunun xanım işçisinin qətli haqda şok məlumatlar – “Podruqası idi”


Anar Məmmədovun Natəvan Əliyevanın yüksəlişində rolu haqda şayiələr dolaşır
11 gün əvvəl Nəsimi rayonundakı mənzilində “Qarant Sığorta” ASC-nin idarə heyətinin üzvü Natəvan Əliyeva öldürüldü. Vəhşicəsinə icra olunan qətllə bağlı istintaq Nəsimi Rayon Məhkəməsində başlasa da, az keçmədi ki, iş materialları Bakı Şəhər Prokurorluğuna aparıldı. Bu gün də cinayətin üstü açılmayıb. Bu isə müəyyən şübhələr yaradır.
Bakının hər tinində, az qala hər blokunda kameraların quraşdırıldığı bir vaxtda istintaqçıların yerində saymaları əsaslı şübhələr yaradır. Məlumatlara görə, qatil N.Əliyevanın mənzilinə qapını və ya pəncərəni sındırmaq yolu ilə daxil olmayıb. Deməli, N.Əliyeva qatilinə çevriləcək şəxsə qapını özü açıb. Və ya həmin şəxsdə qapının açarı olub. Texnikanın bunca inkişaf etdiyi bir vaxtda, operatorların telefon zəngi ilə istintaqçılara telefon danışıqlarının çıxarışını ötürdükləri zamanda N.Əliyevanın evinə kimin gəlməsini müəyyən etmək elə də çətin olmamalıdır. Mobil operatorlara bir sorğu göndərib N.Əliyevanın qətlə yetirildiyi gün hansı əhatə dairəsində olduğunu müəyyən etmək çox çətin işdir? Və ya dövlətin milyonlar xərcləyib Bakını “Təhlükəsiz Şəhər” kameraları vasitəsilə izlədiyi bir vaxtda N.Əliyevanın yaşadığı binaya kimin girib-çıxmasını öyrənmək bu qədər müşküldür?
Qayıdaq cinayət işinin rayon prokurorluğundan alınıb daha yuxarı instansiyaya verilməsinə. Bu adi bir prosedurdur. İstintaqdan ciddi narazılıq olanda, iş ölkə miqyaslı, geniş rezonansa səbəb olarkən işlərin daha yuxarı instansiyada istintaq olunması praktikası var. Və ya qapalı qalmış cinayət işlərinin üstünün açılması üçün bu üsuldan istifadə edilir. Natəvan Əliyevanın qətl işi Bakı Şəhər Prokurorluğuna aparılanda cinayətin üstünün açılmamasından söhbət gedə bilməzdi. Deməli, ortada başqa səbəb olub. İstisna deyil ki, iş kimin üçünsə əhəmiyyəti olub və bu səbəbdən Nəsimi prokurorluğundan alınıb. Kimdir bu işin Bakı Şəhər Prokurorluğunda araşdırılmasında maraqlı şəxs? Nədir bu işin özəlliyi? Niyə Nəsimi Rayon Prokurorluğunun müstəntiqlərinə bu cinayəti istintaq etməyə imkan vermədilər?
Bu və digər suallara cavab tapmaq üçün araşdırma apardıq. Öyrəndik ki, Natəvan Əliyeva Salyanda anadan olub. Atası dənizçi, anası Salyandakı uşaq klinikasında tibb bacısıdır. Özündən 2 yaş kiçik bacısı ailəlidir.
N.Əliyeva isə ailə həyatı qurmayıb. O, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. Əvvəllər deyib-gülən, ətrafı ilə ünsiyyətə həvəsli olub. Vəhşicəsinə qətlə yetirilməzdən 1-2 gün əvvəl rəfiqələri, tanışları ilə təmaslardan maksimum qaçmağa başlayıb. Həmin vaxtlarda heç kimin gözləmədiyi bir vaxtda Bakının mərkəzində özünə bahalı ev alıb. N.Əliyevanın qəfil ev alması, dost-tanışından məsafə saxlaması, sosial şəbəkədəki profilini bağlaması ətrafındakılarda onun həyatında kiminsə peyda olması düşüncəsini yaradıb.
Həmin vaxtlarda onu “Qarant Sığorta” ASC-nin çoxsaylı işçiləri sırasından gözlənilmədən İdarə Heyətinin üzvü təyin ediblər. Bu mövzuya aid məlumat axtardığımız bir vaxtda disput.az saytının forumundan Natəvan Əliyevanın qətlinin müzakirə olunduğuna rast gəldik. Həmin forumda Natəvan Əliyevanın qətlinin mümkün səbəbləri haqda mülahizələr, fikirlər açıqlanıb. “Almost Guru”nikindən istifadə edən forum iştirakçısı “Ona podruqa Anara Mammedova” yazıb. Yəni o, Anar Məmmədovun yaxın tanışı olub.
Bu gün məlum olan odur ki, N.Əliyeva iyulun 11-də işə çıxmayıb. İş yoldaşlarının zənglərinə cavab verməməsi şübhələrə əsas yaradıb. Nəsimi rayonunda tək yaşayan 31 yaşlı N.Əliyevanın iş yoldaşları Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Nazirliyin xilasediciləri mənzilə daxil olaraq onu qan içərisində öldürülmüş vəziyyətdə aşkarlayıblar. Subay olan N.Əliyevanın valideynləri rayonda yaşadığından o, Bakıdakı mənzildə tək yaşayırmış. Bu səbəbdən onun evinə kimin gəlib-getməsi, qatilin onu haradan tanıması sualları hələ də açıq qalır.
Natəvan Əliyeva nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu “Qarant Holdinq”ə daxil olan ASC üzvüdür. Aldığımız son məlumata görə, istintaqçılar qətllə bağlı vaxtilə N.Əliyevanın evində təmir işləri aparmış ustanı saxlayıblar. Ondan qətllə bağlı ifadə verməsi tələb olunur.
Qeyd edək ki, N.Əliyeva Məmmədovların ətrafında olan 2-ci şəxsdir ki, müəmmalı şəkildə öldürülür. Bir neçə il öncə Ziya Məmmədovun mühafizəçisi olmuş Eldəniz Qurbanov yaşadığı binanın qarşısında güllələnərək qətlə yetirilib. Onun qətlinin üstü indiyədək açılmayıb. N.Əliyevanın qətlindən ötən günlər onun qatilinin də azadlıqda qalacağı haqda məlumatların yayılmasına səbəb olub.
****

Yazı hazırlanan ərəfədə Bakı şəhər prokurorluğu və Baş Polis idarəsi
birgə məlumat yaydılar. Məlumatda bildirlir ki, artıq bu mübhəm cinayətin üstü açılıb – onu N. Əliyevanın yaşadığı mənzildə hadisədən əvvəl mebel quraşdırmış Quba rayon sakini, 1988-ci il təvəllüdlü Tahirov Təlan Rahib oğlu tamah məqsədi ilə həyata keçirib. Rəsmi versiyaya görə, T. Tahirov iyulun 10-da N. Əliyevanın mənzilinə gəlib, özü ilə gətirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb. Daha sonra o, mənzildəki N. Əliyevaya aid qızıl-zinət əşyalarını götürüb hadisə yerindən qaçıb.

istintaq orqanları iddia edir ki, T.Tahirov dindirilərkən törətdiyi əməli etiraf edib.

Hazırda iş üzrə istintaq Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir.

Tamamilə mümkündür ki, rəsmi versiya düzgündür; lakin bunun tam tərsi də ol bilər. Necəki, indiyə qədər bir sıra qətllərin “isti izlərlə açılması” sonradan bunun yalan olduğunu üzə çıxarıb. Ona görə də qəzetimiz bir sıra ciddi suallar və məlumatlar daşıyan bu yazını qəzetdən yığışdırmadı.

Buradakı əsas məlumatsa budur ki, qətlə yetirilən N. Əliyeva özünün birbaşa rəhbəri Anar Məmmədovun yaxını olub, bir sıra iddialara görə, onun “podruqası” – qız arkadaşıdır. Bu baxımdan, Məmmədovlar ailəsinin adına daha bir kriminalın partlaq verməsi göz önündədir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nazir oğlunun xanım işçisini qətlə yetirən mebel ustası imiş

    Nazir oğlunun xanım işçisini qətlə yetirən mebel ...

    24-07-2014, 17:08

  • 
  • “Qarant Sığorta”nın öldürülən işçisi barədə ilginc iddia və cavab

    “Qarant Sığorta”nın öldürülən işçisi barədə ...

    24-07-2014, 14:21

  • 
  • “Bacım Anar Məmmədovun məşuqəsi deyildi…”

    “Bacım Anar Məmmədovun məşuqəsi deyildi…” ...

    24-07-2014, 13:21

  • 
  • Xızıda həkimi öldürərək yandıran keçmiş polis işçisi olub? - Natəvan Əliyevanın keçmiş əri saxlanıldı

    Xızıda həkimi öldürərək yandıran keçmiş polis ...

    10-07-2015, 12:58

  • 
  • İlqar Məmmədovun azad olunması haqda şayiələr yayıldı - HÜQUQ MÜDAFİƏÇİLƏRİNDƏN GECƏ ZƏNGİ

    İlqar Məmmədovun azad olunması haqda şayiələr ...

    23-09-2017, 11:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu