GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Qarant Sığorta”nın öldürülən işçisi barədə ilginc iddia və cavab

“Qarant Sığorta”nın öldürülən işçisi barədə ilginc iddia və cavab

Tarix: 24-07-2014, 14:21 Bölmə :Ölkə Baxış: 0
“Qarant Sığorta”nın öldürülən işçisi barədə ilginc iddia və cavab


Mərhumənin bacısının əri: “Bizə qətlin tam təfərrüatı məlumdur, sadəcə…”
“Yeni Müsavat” qəzetində iyulun 11-də Nəsimi rayonundakı mənzilində qətlə yetirilən “Qarant Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Natəvan Əliyevanın ölümü ilə bağlı geniş material dərc olunub. Məqalədə Natəvan Əliyevanın “Qarant Sığorta” ASC-nin rəhbəri Anar Məmmədovla yaxın münasibətlərinin olmağına eyham vurulub. Həmçinin qeyd olunub ki, mərhum Natəvan Əliyeva qısa müddətdə şirkətin idarə heyətinin üzvü vəzifəsinə irəli çəkilib, bahalı ev alıb və həmçinin ölümündən bir neçə gün öncə dost-tanışla ünsiyyətdən qaçıb. Bundan əlavə istintaqın gedişiylə bağlı müəmmaların da olduğu bildirilib.
Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı mərhumun yaxınlarını tapa bilib. Hadisə ilə bağlı danışmağa razılıq verən N.Əliyevanın bacısının həyat yoldaşı Əli Məmmədov yayılan informasiyalardan xəbərdar olduğunu və bir neçə məqama aydınlıq gətirə biləcəyini deyib.
Altı ildir Natəvan Əliyevanın bacısı ilə ailəli olduğunu bildirən Məmmədovun sözlərinə görə, mərhum “Qarant Sığorta” ASC-da işləyənədək digər sığorta şirkətində – MBAX sığorta şirkətində çalışıb: “Bu şirkət yarandıqdan sonra isə baldızım Natəvan xanıma bu şirkət tərəfindən təklif olub və o da bununla razılaşıb. Burada qeyri-adi heç nə yoxdur. Yəni hər bir insan karyera əldə etmək və daha sərfəli təkliflər olanda onu dəyərləndirir. Bu baxımdan Natəvan xanım da ona edilən təklif daha sərfəli bir təklif olduğu üçün qəbul edib və ilk gündən bu şirkətdə işə başlayıb. Yaxşı işlədiyinə görə “Qarant Sığorta” ASC-yə dəvət olundu və şöbə müdiri kimi işə başladı. Onun şirkətdə İdarə Heyətinin üzvü seçilməsi isə onun bilik və bacarığı hesabına olub. Belə ki, uzun müddət bu sahədə çalışdığından təcrübəli olub və bir də rəhbər seçkili orqanlara seçilərkən imtahan verib. Digər tərəfdən o bu müddət ərzində üç ixtisasartırma kursunda iştirak edib. Üç ildən sonra Zərərlərin Tənizmlənməsi departamentinə rəhbər seçilib. Orda da özünü peşəkar cəhətdən göstərdiyinə görə iki il əvvəl imtahan verərək, qurumun idarə heyətinə üzv seçilib. Həmin imtahana bir il hazırlaşmışdı”.
Əli Məmmədov baldızının “Qarant Sığorta” ASC-nin rəhbəri Anar Məmmədovla yaxın münasibətlərinin olması barədə yazılanlara da aydınlıq gətirib və bunun həqiqəti əks etdirmədiyini deyib: “Qəzetdə yazılır ki, son bir neçə ayda idarə heyətinin üzvü olub. Hətta iddia olunur ki, Natəvan Anar Məmmədovun yaxın tanışı olub. Bu adam Anar Məmmədovun üzünü tədbirdən tədbirə görüb. Heç ünsiyyətləri olmayıb. Çünki orda bütün işləri aparan Natəvan yox, İdarə heyətinin sədridir. Yazıda qeyd olunur ki, son on gündə yaxın çevrəsindən uzaqlaşıbmış, sosial şəbəkədə profilini bağlayıbmış. Bu da yalandır. Bu dəqiqə də onun profili açıqdır… Çevrəsindən də uzaqlaşmamışdı. Ölümündən bir neçə gün əvvəl bizimlə kinoya da getmişdi”.
Onun ev alması ilə bağlı məsələyə aydınlıq gətirən Ə.Məmmədov dedi ki, Natəvan Əliyeva 6 il əvvəl ipoteka ilə özünə Nəsimi rayonu ərazisində, “Dostluq” kinoteatrının yaxınlığında bir otaqlı mənzil alıbmış: “Həmin mənzilə görə isə ayda 380 manat kredit ödəyirdi. Hələ dörd il krediti qalmışdı. Özü ayda 400 manat ödəyirdi ki, ödəniş tez qurtarsın… Deyilənlər hamısı yalandır. Bir insanın faciəsini şişirdib onun yaxınlarının hissi ilə oynamaq heç kimə yaraşmaz”.
Ə. Məmmədov mərhumun valideyinləri haqqındakı informasiyaları da təkzib edib: “Onun atası dənizçi deyil, neft sahəsi üzrə mühəndis-geoloq və üç ildir ki, yataq xəstəsi kimi insultdan əziyyət çəkir, anası isə tibb bacısı yox, sahə həkimi olub”.
Əli Məmmədov istintaqın gedişi barədə də danışıb və bildirib ki, istintaq onlara lazım olan dəlil-sübutu təqdim edib: “İş hazırda Bakı Şəhər Prokurorluğundadır. Bizə o qədər ətraflı dəlil və sübutlar təqdim edilib ki, qətlin məhz Natəvanın evində işləyən usta Tərlan Tahirov tərəfindən törədildiyinə əminik”.
Ə.Məmmədov qətlin necə baş verməyi haqda da danışıb. Onun sözlərinə görə təxminən 6 ay əvvəl N.Əliyeva evinə mebel ustası, 1988-ci il təvəllüdlü Quba sakini Tərlan Rahib oğlu Tahirovu dəvət edib. Mətbəx mebelini quraşdıran usta sonradan tamah məqsədi ilə Əliyevanın evinə gəlib və özü ilə gətirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək onu öldürüb. Daha sonra o, mənzildəki N. Əliyevaya aid qızıl-zinət əşyalarını götürüb hadisə yerindən qaçıb: “Bizə qətlin tam təfərrüatı da məlumdur. Sadəcə istintaq sirri olduğundan hələlik açıqlamaq istəmirəm”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Bacım Anar Məmmədovun məşuqəsi deyildi…”

    “Bacım Anar Məmmədovun məşuqəsi deyildi…” ...

    24-07-2014, 13:21

  • 
  • Xızıda həkimi öldürərək yandıran keçmiş polis işçisi olub? - Natəvan Əliyevanın keçmiş əri saxlanıldı

    Xızıda həkimi öldürərək yandıran keçmiş polis ...

    10-07-2015, 12:58

  • 
  • Nazir oğlunun xanım işçisinin qətli haqda şok məlumatlar – “Podruqası idi”

    Nazir oğlunun xanım işçisinin qətli haqda şok ...

    23-07-2014, 23:38

  • 
  • Nazir oğlunun xanım işçisini qətlə yetirən mebel ustası imiş

    Nazir oğlunun xanım işçisini qətlə yetirən mebel ...

    24-07-2014, 17:08

  • 
  • İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər olub

    İcbari Sığorta Bürosunun rəhbərliyində ...

    1-04-2019, 11:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu