GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Jurnalistlər Nadir Qafarzadəni baykot etməyə çağırır

Jurnalistlər Nadir Qafarzadəni baykot etməyə çağırır

Tarix: 24-07-2014, 13:39 Bölmə :Ölkə Baxış: 0
Jurnalistlər Nadir Qafarzadəni baykot etməyə çağırır


Məhəmmədəli Qəribli: «Nadiri boykot etmək lazımdır»

mahammad

Samir Güləliyev: «Nadir Qafarzadə sənətçi deyil, palatka oxuyanıdır»

Elnur Eltürk: «Nadir Qafarzadə mətbuat nümayəndələri haqqında danışmasa daha yaxşıdır»

Ceyran Əsgərova: «Sənətkar sözünü Nadir bəyin özü qazanmalıdır»



«Bundan sonra hansısa jurnalist mənə sənətçi desə, mikrofonu onun başına çırpacağam». Bu sözlərin müəllifi tanınmış müğənni Nadir Qafarzadədir. Şou-biznes aləmində özünü peşəkar sayan bu sənətçi indi də jurnalistləri təhdid edir. O deyir ki, yaşına və iş stajına görə özünə sənətkar deyə bilər: «Bundan sonra hansısa jurnalist mənə sənətçi desə, mikrofonu onun başına çırpacağam. Sənətçi də sənsən, pinəçi də, kolxozçu da. Mən sənətkaram».
Nadir Qafarzadə bu sözləri deyəndən bir az sonra nə danışdığının az da olsa fərqinə varıb və fikrinə aydınlıq gətirməyə çalışıb. O, böyük sənətkarları yada salıb, özünü kiçik sənətkar kimi qələmə verməli olub: «İnsanın istəyi yoxdursa, pulun gücünə heç bir şeyi həll etmək olmaz. Quyuya su tökməklə deyil. Düzdür, Zeynəb Xanlarova, İlhamə Quliyeva, Flora Kərimova, Ramiz Mirişli, Elmira Rəhimova kimi böyük sənətkarlar olan yerdə mən ancaq kiçik sənətkar ola bilərəm. Kiçik sənətkarların sırasına isə Teymur Əmrah, Samir Cəfərov, Aygün Kazımova, Azər Zeynalov daxildir. Sadaladıqlarım da zamanla böyük sənətkarlardan olacaq. Bu mənim subyektiv fikrimdir. Kimin buna şübhəsi varsa, gəlsin sözü üzümə desin. Daha efirlərdən səslənməsin. Efirdən sözünü deyən şəxs sadəcə olaraq qorxaq insandır».
Müğənninin jurnalistlərin ünvanına işlətdiyi sözlər media nümayəndələrinin narazılığına səbəb olub.Adıçəklən sənətçi yəqin unudub ki, istənilən müğənninin məşhur olmasında KİV-in rolu var. Əgər jurnalistlər hansısa müğənni barəsində heç nə yazmasalar, həmin ifaçı yaddan çıxar. Müğənninin məşhur olmasının əsas səbəbkarlarından biri də media təmsilçiləridir. İstər yazılı, istərsə də elektron mətbuatda müğənnilərin iş fəaliyyəti və ya onlar haqqında məlumat getməsə, heç kim onları tanımaz.

Qəzetimizin əməkdaşı Məhəmmədəli Qəribli hesab edir ki, müğənninin jurnalistləri təhdid etməsi yolverilməz haldır: «Adətən dünya praktikasından da görürük ki, tanınmış idmançılar və ya müğənnilər populyarlaşıb pullandıqca daha xeyirxah işlərlə məşğul olmağa başlayır. Bizdə isə bunun tərsini müşahidə edirik. Yalnız Azərbaycan səviyyəsində tanınan bizim müğənnilər xalqımızın səxavəti hesabına indiki vəziyyətə çatıblar. Ancaq bunun üçün xalqa və onun nümayəndələrinə minnətdar olmaq əvəzinə onlara yuxarıdan aşağı baxmaq istəyirlər. Xüsusilə də Nadir Qafarzadə kimi müğənnilərdə bu hala daha çox rast gəlinir. Bir dəfə o, milyonların seyr etdiyi efirdə açıq dedi ki, gedin ziyalının da soyuducusunu açın, mənimkini də, görün hansımız daha yaxşı yaşayırıq? Elə bu sözünə görə onu boykot etmək lazım idi. Nadir bilməlidir ki, dünyanın heç bir yerində onun kimi müğənninin bir saat oxumağına 5-6 min dollar verməzlər. Nadir xalqın bu səxavətindən sui-istifadə edir. İndi də deyir ki, kim ona sənətçi desə, mikrofonu başına çırpacaq. Aydındır ki, onun bu hədəsi jurnalistlərə ünvanlanıb. Jurnalistlərin də ona cavabı adekvat olmalıdır. Nadiri ağıllandırmağın yolları çoxdur. Sadəcə, media nümayəndələri ilə bunun detallarını müzakirə edib ortaq nəticəyə gəlmək lazımdır».

Müstəqil jurnalist Elnur Eltürk hesab edir ki, N.Qafarzadə mətbuat nümayəndələri haqqında danışmasa daha yaxşı olar: »
Ömründə iki kitab oxumayanları başımızın üstünə qaldıranda bilmirdik ki, bu işlərin axırı belə olacaq? Televiziya məkanını zəbt edən və hətta özünü televiziyada apara bilməyən insanlardan hansısa normal söz gözləməyinə dəyməz. Ona görə sənətçi və sənətkar sözünü ayırd edə bilməyən şəxsin fikirlərinə münasibət bildirmək lazım deyil. Qafarzadə dəfələrlə özünü televiziya məkanında biabır edən şəxsdir. Yaxşı olar ki, o danışmasın. Danışdıqca, özünü tamam rəzil gününə salır. Amma bir məsələni qeyd edim ki, N.Qafarzadənin belə danışmasının arxasında bizlərin də böyük günahı var. Çünki toylara 10 min manatdan yuxarı gedən insanın axırda belə danışacağı gözlənilən idi. Vaxt var idi adının divar qəzetlərində getməsi üçün əldən-ayaqdan gedirdi. İndi isə jurnalistləri hədələyir. Eybi yoxdur, vaxt gələr təhqir etdiyi jurnalistlərin qapısını yenidən döyməli olar. Hər zamanın öz hökmü var».

«Olaylar» İnformasiya Agentliyinin yazarı Samir Güləliyev hesab edir ki, Nadir Qafarzadə sənətçi deyil, palatka oxuyanıdır: «Sənətçi adı hər adama verilmir. Sənətçi adı xalq tərəfindən sevilən, zövq oxşayan karifeylərə deyilir. Bu gün Ağadadaş Ağayev, Baloğlan Əşrəfov, Mələkxanım Əyyubova kimi məşhur və canlı karifeylər kənarda qalır və Nadir kimilər özlərini reklam edirsə, mən günahı onda yox, xalqda görürəm. Necə deyərlər, rezin qaloşu nə qədər rəngləyib parlatsan da, ayaqqabı olmaz.
Bu gün iki ara mahnısı əzbərləyib toylara 15 min manata getdiyini bəyan edən Qafarzadə hələ bizə az eləyir. Nadir yadına salsın, vaxtilə jurnalistlərə yalvarırdı ki, ondan müsahibələr götürək, efirə çıxaraq, reklam edək, məşhurlaşdıraq. Biz həmin jurnalistlərik, cənab Nadir».

SİA İnformasiya Agentliyinin mədəniyyət yazarı Ceyran Əsgərovanın sözlərinə görə, N.Qafarzadə gündəmdə olan müğənnilər siyahısında ola bilər: «Ancaq bu o demək deyil ki, jurnalistləri təhqir etməli və ya əl qaldırmalıdır. Sənətkar sözünü də Nadir bəyin özü qazanmalıdır. Özünə sənətkar deməklə olmaz. Odur ki, mətbuat bəzi sənətçilərə necə hörmət edirsə, onlar da bunu etməyi bacarsınlar».

Günel CƏLİLOVA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Aygün Kazımova: ‘Nadir, o hərəkətinin üstündə döyülməyini unutdunmu?’ – FOTO

    Aygün Kazımova: ‘Nadir, o hərəkətinin üstündə ...

    4-07-2013, 15:44

  • 
  • Cavanşir Məmmədov ona gey deyən müğənni həmkarına cavab verdi...

    Cavanşir Məmmədov ona gey deyən müğənni həmkarına ...

    28-10-2013, 00:34

  • 
  • "Toyu qapalı edir, sonra da arvadının hamiləliyindən danışır" - Nadir

    "Toyu qapalı edir, sonra da arvadının ...

    28-07-2017, 16:50

  • 
  • “İnstaqram +18 saytdır” - Nadir Qafarzadə

    “İnstaqram +18 saytdır” - Nadir Qafarzadə ...

    10-09-2018, 18:38

  • 
  • Nadir: "Fahişələrə də "yaxşı sənətkardır" deyirlər" - FOTO

    Nadir: "Fahişələrə də "yaxşı ...

    10-02-2016, 14:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu