GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Xalası qızı ilə nişanlandı, dayısı qızını zorladı

Xalası qızı ilə nişanlandı, dayısı qızını zorladı

Tarix: 24-07-2014, 13:41 Bölmə :Ölkə Baxış: 0
Xalası qızı ilə nişanlandı, dayısı qızını zorladı


Şamaxı rayon sakini, 1988-ci il təvəllüdlü Mövli Mövliyev dayısı qızını zorlayıb. Teleqraf.com-un araşdırmasına görə, hadisə 24 mart 2013-cü il tarixdə baş verib. Mövli dayısı Eldarın (ad şərti verilib - H.Z) Şamaxı rayonu Göylər kəndindəki evində qonaqlıqda olub və yeyib-içib. Mövli sərxoş olandan sonra gecə saat 01.00-da dayısı qızı Günelə dəfələrlə zəng edib, habelə SMS-lər yazaraq onunla görüşmək istədiyini, vacib sözünün olduğunu deyib. Amma Günel Mövlinin nə telefon zəngələrinə, nə də SMS-lərinə cavab verməyib. Mövli Mövliyev dayısı qızının evin ikinci mərtəbəsində yerləşən yataq otağında tək olduğunu bilib və bundan istifadə edərək, Güneli zorlamaq məqsədilə yataq otağına gedib. O, Günelin lüt vəziyyətdə yatmasından istifadə edərək onunla zorakı yolla cinsi əlaqədə olub. “Dayımgilə qonaqlığa getdim” Günelin valideyinləri Şamaxı rayon Polis Şöbəsinə şikayət edəndən sonra Mövli həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zeynal Ağayevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Mövli Mövliyev ona elan edilmiş ittiham üzrə özümü təqsirli bilməyib. O, bütün bunların ona qarşı böhtan olduğunu qeyd edib: “Martın 24-də təxminən saat 19-20 radələrində valideynlərim ilə birlikdə dayım Eldargilə qonaqlığa getdim. Evə keçib, yemək yeyib spirtli içki qəbul etdik. Bir qədər sonra siqaret çəkmək üçün həyətə çıxdim. Gördüm ki, Günel mobil telefonla kiminləsə danışır”. “Günel məni qucaqlayıb “səni istəyirəm, nişanını qaytar, məni al” dedi” Mövli Mövliyev bildirib ki, Günelin telefonla kiminləsə danışmağına fikir verməyib: “Bir qədər sonra Günel mənə sözü olduğunu dedi. Buna görə də məndən mobil telefon nömrəmi istədi. Öz mobil telefonunumu ona verdim ki, nömrəsini telefona yazsın. Nömrəni yazandan sonra telefonumu geri qaytardı. Sonra Günel məni qucaqlayaraq “səni istəyirəm, nişanını qaytar, məni al” dedi. Ona Sevda ilə nişanlı olduğumu və bu səbəbdən də onu ala bilməyəcəyimi dedim. Həmin vaxt valideynlərim, iki dayım - Suma və Neman otaqdan çölə çıxdılar. Onlar da Günelin məni qucaqlamasını gördülər. Günelin anası dedi ki, qardaşıdı da qucaqlayıb”. “Güneli lüt vəziyyətdə oğlanla görüşəndə tutmuşam” Təqsirləndirilən şəxsin ifadəsinə görə, saat 23 radələrində ailə üzvləri ilə birlikdə evlərinə qayıdıb: “Anama bildirdim ki, xalamgildə qalmağa gedirəm. Xalamgilin evinin açarlarını götürdüm və evdən çıxdım. Günelin başqa oğlanla görüşdüyündən şübhələnmişdim. Bir neçə dəfə Güneli başqa oğlanla tutmuşdum. Onun atasına, qardaşına demişdim ki, qızınız belə hərəkətlər edir. Güneli öz həyətlərində lüt vəziyyətdə oğlanla görüşəndə tutmuşam. Günel başqa oğlanla telefonda danışanda eşitmişəm, oğlana deyib ki, axşam gələrsən, söhbət edərik. Ona görə də Güneli güdmək qərarına gəldim. Bir qədər Günelgilin həyətini güdəndən sonra gördüm ki, mənim orada olmağımı Günel hiss edib. Bundan on beş-iyirmi dəqiqə sonra Suma məni səslədi. Mən də cavabımda “gəlirəm” desəm də, bir qədər gec getdim. Bu dəfə Günel gəldi və dayımın məni çağırdığını bildirdi. Xalamın evinin qapısını bağlayandan sonra dayımgilə keçdim”. “Günel əli qanlı qışqırmağa başladı ki, Mövli məni zorlayıb” Mövli Mövliyev daha sonra qeyd edib ki, həyətə girəndə dayısı oğlunun əllərini yuduğunu, dayısının həyətdə olmağını görüb: “Günelə dedim ki, mənə bir stəkan su versin. Günelin gətirdiyi suyu içdım. Daha sonra Günel otağa keçdi. Bir neçə dəqiqə sonra geri qayıdanda Günel əli qanlı qışqırmağa başladı ki, Mövli məni zorlayıb. Məni Günelin valideyinləri evin birinci mərtəbəsinə apardılar. Sonra mənim valideyinlərimi çağırdılar və onlara bildirdılər ki, oğlunuz bizim qızımızı zorlayıb. Mən də həmin vaxt atama belə bir hadisənin olmadığını bildirdim. Dedim ki, əlim belə Günelə dəyməyib”. “Cavan uşaqlar mənə çatdırdı ki, dayım qızı yolunu azıb” Təqsirləndirlən şəxsin sözlərinə görə, Günelin ailəsinin prinsipə getməsinə səbəb onun xalası qızı ilə nişanlanması olub: “Mən nişanlanandan sonra aramızda düşmənçilik yaranıb. Nişanımda da çatdırıblar ki, darıxma, görün, sizin başınıza nə işlər gətirəcəyik. Dayım həmişə mənə qarşı yaxşı münasibətdə olub. Məqsədim dayımın qeyrətini çəkmək olub. Kənd camaatının içinə utandığımdan çıxa bilməmişəm. Cavan uşaqların içərisində mənə çatdırıblar ki, dayımın qızı yolunu azıb. Belə söhbətlərə görə utanmışam. Qərara gəldim ki, Güneli başqa oğlanla tutub, atasına məlumat verim ki, qızını yığışdırsın. Gözləmişdim ki, evdəkilər yatsın, Günel oğlanla görüşəndə onu tutum”. “Mənə Günellə evlənməyi təklif ediblər” Mövli Mövliyev bildirib ki, nişanlanandan sonra ona qarşı böhtan atmağa başlayıblar: “Qonaqlıqda olan vaxt çarpayının üstündə oturmuşam. Çarpayının üzərində paltarlar və "adyal" olub. Həmin çarpayının üzərində yorğan da olub. Hadisə vaxtı polis işçilərindən birinci dayımın tanışı, adını bilmədiyim bir nəfər gəlib. Məni Günelgildə döyərək paltarlarımı cırıblar. Bədənimdəki xəsarətləri Günelin atası yetirib. Mənə Günellə evlənməyi təklif ediblər. Sonra da valideyinlərimə deyiblər ki, qızı aparın. Həmin vaxt Namiq adlı qohumları da orada olub. İlk dəfə hadisə yerinə Dövlət Yol Polisinin işçiləri gəliblər. Hadisə yerində qan görmüşəm. Amma bilməmişəm ki, nə qandır”. “Mövlini həmişə özümə qardaş kimi bilmişəm” Zərərçəkmiş Günel ifadəsində bildirib ki, martın 24-də Mövli və digər qohumları onlara qonaq gəliblər. Onun sözlərinə görə, həmin vaxt atası ilə qardaşı qışlaqda olublar: “Atam ilə qardaşım bir qədər sonra qışlaqdan qayıtdılar. Atam, Fəqan və Mövli spirtli içki içdilər. Təxminən saat yarımdan sonra Mövli bayıra çıxdı və məndən atasının yanında olan mobil telefonunu gətirməyi xahiş etdi. Təxminən beş dəqiqədən sonra Mövli yenidən məni çölə çağıraraq pilləkanda yanında oturmağımı xahiş etdi. Mövlini həmişə özümə qardaş kimi bilmişəm. Pilləkanda Mövlinin yanında oturdum. Mövli qolunu boynuma salaraq məndən mobil telefonumun nömrəsini istədi. Mövlidən nömrəmi nə üçün istədiyini soruşdum. Bildirdi ki, “dayım qızı deyilsən, nömrəni mənə ver, sənə vacib sözüm var”. Mövliyə sözü varsa, indi deməyini istədim. Mövli “uzun məsələdir, telefonda deyəcəyəm” deyərək nömrəmi istədi. Buna görə də Mövliyə nömrəmi verdim”. “Telefon söhbəti deyil, ölüm-dirim məsələsidir” Zərərşəkmiş daha sonra ifadəsində qeyd edib ki, gecə təqribən saat 01.00 radələrində evdə televizorun yanına qoyduğu mobil telefonu götürüb: “Baxanda telefona tanımadığım nömrədən iyirmi qəbul edilməmiş zəng, beş-altı “sms” gəldiyini gördüm. "SMS"lərdə baxanda gördüm ki, "Gülnar mənəm Mövli, telefonu aç da", "Sən mənə inanmırsan, telefonu aç. Bu qədər zəng edirəm, telefonu aç" mesajları gördüm. Elə həmin vaxt telefona yenidən zəng gəldi. Zəngə cavab verdim. Mövli bibim Səriyyəgilin həyətində olduğu bildirdi və siqaret yandırmaq üçün kibrit istədi. Evdən kibriti götürdüm və Mövlinin istəyi ilə qapı qonşumuz olan bibimin həyətinə atdım. Mövli bibim Səriyyənin qızı Könüllə nişanlı olub. Səriyyəgil ailəlikcə Rusiya Federasiyasında olduqları üçün Mövli onların evində qalıb. Kibriti atıb evə qayıdandan sonra Mövli yenidən mənə zəng etdi, kibriti tapa bilmədiyini dedi. O, yenə kibrit istədi və bildirdi ki, məni görmək istəyir, vacib sözü var. Mövliyə dedim ki, vacib sözünü telefonda de, Mövli “telefon söhbəti deyil, ölüm-dirim məsələsidir” dedi”. Günelin sözlərinə görə, Mövli istədyini edə biləcəyini söyləyib. O, əlavə edib ki, Mövliyə bir azdan zəng edəcəyini deyib və telefonu söndürüb: “”Mövliylə danışandan sonra yatağıma girdim. Təxminən on dəqiqə sonra yuxuya getdim. Birdən otağın qapısı açıldı. Yuxulu olduğum üçün əvvəlcə heç nə başa düşmədim. Otağın işığı yanıb-sönəndə içəri girənin Mövli olduğunu gördüm. Mövli üstümə gələ-gələ əynindəki gödəkcəni çıxardı və uzandığım vəziyyətdə üstümə cumdu”. “Mövli dedi ki, ikimizin də meyiti buradan çıxacaq” Zərərçəkmiş ifadəsinin bu hissəsində Mövli tərəfindən zorlandığını açıq və çılpaqlığı ilə danışıb: “Mövli məni zorlayanda dedi ki, “bu mənim çoxdankı arzum idi, səni alacaqdım qoymadılar, ya mən dediyim kimi olacaq, ya da ikimizin də meyiti buradan çıxacaq”. Çalışmışdım ki, Mövli mənimlə cinsi əlaqəyə girə bilməsin. Amma ona gücüm çatmadı. Mövli zorla mənimlə cinsi əlaqədə olub. Mövli cinsi əlaqədə olandan sonra mənə deyib ki, birlikdə ailə quracağıq. Bu barədə heç kəsə heç nə deməyəcəyim barədə and içdirdi. Bundan sonra əlimi buraxdı. Bu zaman valideynlərim olan otağa qaçdım. Baş verən hadisəni onlar danışdım”. Bütün tərəfləri dinləyən hakim heyəti sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Mövli Mövliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində şərləndiyini və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şikayət araşdırılması üçün Sumqayıt Apaelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə Mövli Mövliyevin cəzasından 2 il çıxıb və onun barəsində qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Hacı Zeynalov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dayısı azyaşlı qızı dəfələrlə zorladı - Bakıda iyrənc olay

    Dayısı azyaşlı qızı dəfələrlə zorladı - Bakıda ...

    19-01-2018, 21:19

  • 
  • Qızını öldürən ata: “Daşla başına vurdum, sonra yerə yıxıb bıçaqladım”

    Qızını öldürən ata: “Daşla başına vurdum, sonra ...

    13-12-2013, 14:05

  • 
  • 40 yaşlı kişi 19 yaşlı qızını zorladı

    40 yaşlı kişi 19 yaşlı qızını zorladı ...

    17-10-2013, 15:51

  • 
  • Ata qızını zorladı, qız isə həmin anı videoya çəkdi - BAKIDA RƏZALƏT

    Ata qızını zorladı, qız isə həmin anı videoya ...

    11-07-2016, 15:44

  • 
  • Dəhşət! Ata zorladığı qızını hamilə ərə vermək istədi

    Dəhşət! Ata zorladığı qızını hamilə ərə vermək ...

    6-11-2013, 15:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu