İŞİD tərkibində döyüşən azəri camaatının hücum əməliyyatını əks etdirən videokadrlar yayılıb. gundemxeber.az İŞİD-ə yaxın saytlara istinadən xəbər verir ki, bu qrup "islam dövləti”nin xüsusi təyinatlı dəstəsi kimi fəaliyyət göstərir. Onların tərkibində müxtəlif millətlərdən, o cümlədən Azərbaycandan olan cihadçılar var. İŞİD saytları bu dəstəni "islam dövlətinin dayaqları” deyə təqdim edirlər. Xüsusi geyimləri ilə seçilən dəstə ən çətin əməliyyatları, basqınları həyata keçirir. Həmçinin bu dəstənin "xəlifə” Bağdadinin şəxsi təhlükəsizliyinə də cavabdeh olduğu deyilir. Dəstənin rəhbərlərindən biri Əbu-Hənəfidir. İŞİD-ə yaxın saytlar "xüsusi dəstə” haqqındakı məlumata videolink də yerləşdirib. Ən maraqlısı isə videonun "ГураБа Саляфи” adlı "Youtube” istifadəçisi tərəfindən yüklənməsi, başlığın isə Azərbaycan dilində olmasıdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?