"Azəri camaatı "İslam dövləti”nin əsas dayaqlarından biridir" İŞİD tərkibində döyüşən azəri camaatı qruplaşmaya qarşı hazırlanan böyük hücumun qarşısını alıblar.
gundemxeber.az İŞİD-ə yaxın saytlara istinadən xəbər verir ki, terror qruplaşması azəri camaatının bu uğurunu qəhrəmanlıq kimi qeyd edir.
Məlumata görə, iki həftə öncə Türkiyə sərhədindən 600 nəfərlik qüvvə ilə İŞİD-ə qarşı hücum gözlənilirmiş. Dəqiqləşdirilməmiş məlumatlara görə, hücumda əsas qüvvə kürd qüvvələri təşkil edirmiş. Bu hücum haqda kəşfiyyat məlumatları əldə edən azəri camaatı əmir Əbu-Hənəfinin rəhbərliyi ilə qəhrəmancasına döyüşüb. "Allah qardaşlarımıza qələbə bəxş etdi. Onlar 100-dən artıq kürd kommunisti öldürdü. Daha doğrusu, 105 meyit aşkarlandı, lakin öldürülənlərin sayının daha çox olduğu deyilir. Azəri camaatının tərkibində əmir Əbu-Hənəfinin rəhbərliyi ilə döyüşənlərdən biri də kürd əsilli Əbu-Tarikdir. O, pulemyotla kafirləri pərən-pərən etdi. Bundan sonra Allahsızlar geri çəkildi. Azəri qardaşlarımız "İslam dövləti”nin əsas dayaqlarından biridir, bunu onlar həmin döyüşdə də göstərdi. Kim Allahın yolundadırsa, Allah ona qələbələr bəxş edir”, deyə yayılan informasiyada bildirilir.
Lakin döyüşdə İŞİD tərəfindən vuruşanların öldürülməsi, yaxud yaralanması haqda heç bir məlumat verilməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?