“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının üzvü Məhəmməd Əbu Barud Qafqazda islam dininin əzildiyini iddia edib. gundemxeber.az İŞİD-ə yaxın saytlara istinadən xəbər verir ki, cihadçı Qafqazda zənginliyi ilə seçilən Azərbaycanı hazır ət piroqu adlandırır.
Daha çox Qafqaz müsəlmanlarına müraciət olunan yazıda Əbu Barud islamın bu regionda tapdalandığını bildirir: “Amma siz, ey müsəlmanlar, sosial şəbəkələrdə iman axtarırsınız. Profillər açırsınız, mübahisələr edir, müzakirələr aparırsınız. Amma bilmirsiniz ki, sizin imanınız bu gün əsirlikdədir. Suriyada uşaqlar acdır, onlar öldürülürlər. Siz isə zərif yeməklərdən, ədviyyatlı sous, bol soğanlı isti kabab, yanında tərəvəz salatı yeyib kef edirsiniz. Müsəlmanlara kafirlər hücumlar edir, sizlər isə susursunuz”.
İŞİD üzvü daha sonra Azərbaycana xəbərdarlıq edir: “Bir gün İslam Dövləti oralara qədər gələcək. Bizim üçün Dağıstan, Gürcüstan bişmiş almadır, Azərbaycan isə hazır ət piroqudur və bir gün biz onun dadına baxacağıq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?