GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kəlbəcərli əsirlərlə bağlı "Şəhid Ailələrinə Sosial Dəstək" ictimai birliyi bəyanat yaydı

Kəlbəcərli əsirlərlə bağlı "Şəhid Ailələrinə Sosial Dəstək" ictimai birliyi bəyanat yaydı

Tarix: 26-07-2014, 10:37 Bölmə :Ölkə Baxış: 0
Kəlbəcərli əsirlərlə bağlı "Şəhid Ailələrinə Sosial Dəstək" ictimai birliyi bəyanat yaydı


Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının qərərgahında bir qrup QHT rəhbərləri və şəhid ailələrinin iştirakı ilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Kəlbəcər rayonu ərazisinə keçən və erməni əsgərləri tərəfindən girov götürülən Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənovun hüquqlarının müdafiəsi ilə bağlı toplantı keçirib.

Tədbirdə Dilqəm Əhmədovun, Şahbaz Quliyev və Həsən Həsənovun müdafiəsinin təmin olunması məqsədilə Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalovanın rəhbərliyilə Təşkilat Komitəsi yaradılmış, Beynəlxalq Qızıl Xaç Komitəsinə, ATƏT-in Minsk Qrupunun Həmsədrlərinə və digər beynəlxalq təşkilatlara Bəyanat qəbul edilmişdir. Bəyanatda deyilir: 1988-ci ildən etibarən Erməistanın Azərbaycan torpaqlarına təcavüzü və bu təcavüz nəticəsində 20%-dən artıq torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfidən işğalı, bunun nəticəsində bir milyondan çox soydaşımızın öz dədə-baba torpaqlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkünə çevrilməsi bu gün də ən ağrılı problem olaraq qalmaqdadır. Beynəlxalq hüququn norma və prinsiplərinə, BMT-nin qəbul etdiyi 4 Qətnaməyə əməl etməyən Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm hərəkətləri törətməklə, tarixi-mədəni abidələrimizi məhv etməklə, bu ərazilərin təbii sərvətlərini talamaqda davam edir. Çox təəssüf ki, bu münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər Ermənistanı cəzalandırmır və təcavüzkar bir dövlətə açıq və gizli şəkildə bütün dəstəklərini göstərməkdə davam edir. Məlum olduğu kimi bir-neçə gün öncə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan məcburi köçkün Dilqəm Əhmədov, Şahbaz Quliyev, Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənov öz dədə-baba torpaqlarını, əzizlərinin məzarlarını ziyarət etmək məqsədilə işğal altında olan Kəlbəcər rayonuna getmiş və orada işğalçı erməni ordusunun əsgərləri tərəfindən girov götürülmüşlər. Girov götürülmüş vətəndaşların öz doğma yurdlarına getmək istəyi, öz doğma yaxınlarının qəbirlərini ziyarət etmək arzusu təbii qarşılanmalıdır. Çünki Ermənistanın işğalçı mövqeyi həmin vətəndaşlar da daxil olmaqla bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarına qayıtması hüquqlarını pozur. Ermənistanın Müdafiə Nazirinin öz dədə-baba torpaqlarını ziyarət etməyə gedən, hətta orada yaşamağa birmənalı haqqı olan Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənovun “diversant” və ya “silahlı qrup” kimi təqdim etməsini Ermənistan dövlətinin həmin soydaşlarımıza qarşı bütün iyrənc və zorakı hərəkətlərin ediləcəyinin anonsu kimi qəbul edilməlidir. Ermənistan tərəfindən girov götürülən soydaşlarımızın bir-neçə dəfə Kəlbəcər rayonuna getməsi, heç bir erməniyə zərər verməməsi Ermənistanın Müdafiə Naziri Ohanyanın bu cəfəng mövqeyini alt-üst etməklə bərabər bu işğalçı dövlətin əsl mahiyyətini üzə çıxarır. Azərbaycan güclü dövlətdir və istədiyi an torpaqları işğaldan azad etmək qüdrətində olan ordusu var. Bunu Azərbaycanın, Milli Qəhrəmanı Mübariz İbrahimov kimi cəsur igidlərimiz sübut edib və yəqin ki, erməni ordusu bunu yaxşı xatırlayır. Ermənistanın “diversant” kimi qələmə vermək istədiyi məcburi köçkün mülki şəxslərimizə qarşı ediləcək hər bir zorakı hərəkətləri hətta dövlətimizin əleyhinə onlardan ifadə almağa cəhdlər ediləcəyi də şübhəsizdir. ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər başda olmaqla, Azərbaycan Respublikasının ictimai siyasi və diplomatik əlaqələr qurduğu dövlətlər hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etmiş, işğalın acı nəticələrini pisləmiş, Ermənistan ordusunun işğal etdiyi əraziləri BMT-nin qəbul etdiyi qətnamələrinə uyğun olaraq tərk etməsi fikrini səsləndirmişlər. Beynəlxalq ictimaiyyət haqlı olaraq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü hüquqi baxımdan tanıması o deməkdir ki, girov düşən Azərbaycan vətəndaşları doğulduğu yurdlarına- Azərbaycan ərazisinə getmişlər. Errmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi göstərir ki, müharibə illərində, eləcə də tərəflər arasında 1994-cü ilin mayın 12-də imzalanmış atəşkəs rejimindən sonra əsir və ya girov düşmüş Azərbaycan vətəndaşlarının hüquqları pozulmuş, müxtəlif işgəncələrə məruz qalmış, qeyri-insani davranışla qarşılaşmışlar. Bu cür hallar Ermənistanın BMT-nin qəbul etdiyi Cenevrə Konvensiyasının müharibə və münaqişələr zamanı əsir və girovlarla bağlı davranış qaydalarının kobud surətdə pozduğunu göstərir. Odur ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatlar azərbaycanlı əsirlərin taleyilə ciddi maraqlanmalı, Azərbaycan dövləti və ictimaiyyəti girov götürülmüş vətəndaşlarımızın azad olunması üçün əllərindən gələni etməlidirlər. 1. Milli QHT Forumu 2. Qarabağ QHT Koalisiyası 3. Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı 4. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Marifləndirmə İctimai Birliyi 5. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi 6. Sağlam İnkişaf və Marifləndirmə İctimai Birliyi 7. Şəhid Ailərəinə Sosial Dəstək İctimai Birliyi 8. Xocalı Soyqrımının Tanıtma İctimai Birliyi 9. Dünya Gənc Türk Yazarlar Birliyi 10. Dünya Azərbaycanlılarının Həmrəyliyi Cəmiyyəti 11. Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyi 12. “Mərhəmət” Kimsəsizliyə Yardım İctimai Birliyi 13. Vətən Fədailəri İctimai Birliyi 14. Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi 15. Üçüncü Sektor İctimai Birliyi 16. Yeni Baxış Gənclər İctimai Birliyi 17. Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Çatdırılma İctimai Birliyi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dilqəm və Şahbazdan ailələrinə xəbər gəldi

    Dilqəm və Şahbazdan ailələrinə xəbər gəldi ...

    1-07-2016, 17:11

  • 
  • BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər

    BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz ...

    1-07-2015, 09:58

  • 
  • Girovların məktublarını niyə gətirmirlər? - Dilqəm və Şahbazın ailəsi narahatdır

    Girovların məktublarını niyə gətirmirlər? - ...

    2-07-2019, 13:15

  • 
  • Ukraynadan Kəlbəcər girovları ilə bağlı BƏYANAT

    Ukraynadan Kəlbəcər girovları ilə bağlı BƏYANAT ...

    8-01-2015, 23:12

  • 
  • Dilqəm Əsgərov və Şahbaz Quliyevdən SON XƏBƏR

    Dilqəm Əsgərov və Şahbaz Quliyevdən SON XƏBƏR ...

    10-05-2019, 22:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu