GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İnana bilmirik ki, olanlara necə dözə bildik

İnana bilmirik ki, olanlara necə dözə bildik

Tarix: 26-07-2014, 18:57 Bölmə :Ölkə Baxış: 0
İnana bilmirik ki, olanlara necə dözə bildik


İlahə Həşimova: «Zeynəb hər gün yatmazdan öncə pəncərəyə yaxınlaşıb atasına qovuşması üçün Allaha dua edir»“Bizim Yol” əməkdaşları həbsdə olan həmkarlarının ailəsini ziyarət etdi
6 yaşlı Zeynəb: “Məktəbdə soruşsalar, necə deyim ki, atam həbsdədir...”

«Penitensiar Xidmətin rəhbərliyindən xahiş edirik ki, heç olmasa doğum günündə Pərvizə ailəsi ilə açıq görüşə şərait yaratsınlar»

"Bizim Yol" qəzetinin əməkdaşları Ramazan bayramı ərəfəsində həbsdə olan həmkarları Pərviz Həşimlinin ailəsinə baş çəkiblər.

P.Həşimlinin həyat yoldaşı İlahə xanım Pərvizin həbsi zamanı düşdükləri çətin vəziyyətdən danışaraq, hələ də yaşadıqları stressin təsiri altında olduqlarını bildirdi: "Pərvizin həbsi zamanı çox böyük qorxu yaşadıq. Hətta indiyə qədər bu qorxu, stress bizi tərk etməyib. Evdə tək qala bilmirik. Pərviz həbs edilərkən, Zeynəbin 5 yaşı vardı, uşaq ağır travmalar aldı. O hadisələrdən sonra tamam dəyişib, yaşından tez böyüyüb, danışığından, verdiyi suallardan belə təəssürat yaranır ki, sanki yetkinlik həddinə çatmış insandır".

Zeynəbin artıq 6 yaşı var. İ.Həşimlinin sözlərinə görə, Zeynəb hər gün yatmazdan öncə yatdığı otağın pəncərəsinə yaxınlaşıb atasının tezliklə azadlığa qovuşması üçün Allaha dua edir. "Yaşına baxmayaraq, o da bizimlə birgə imsaqa durdu, yemək yeyib bir gün oruc tutdu. Axşam iftar vaxtına qədər dözüb, Allaha dua edirdi ki, atası tezliklə evə qayıtsın".

- Pərvizin həbsindən sonra ilk görüşünüz nə vaxt baş tutdu?

- Həbsindən sonra 4 ay Pərvizlə görüşə bilmədik, yalnız vəkillər vasitəsilə onun haqqında məlumat ala bilirdik. O da həmçinin, bizim haqqımızda xəbərləri yalnız vəkillərdən alırdı. Çox əziyyət çəkdik. İlk görüşdüyümüzdə hər üçümüz ağladıq. Zeynəb körpə olmağına baxmayaraq, atasına toxtaqlıq verirdi. "Əsas odur ki, sən sağlamsan, yaxşısan. Allah qoysa sən evə gələcəksən, biz o günü gözləyirik" - deyə Pərvizə təskinlik verirdi. Körpə olmağına baxmayaraq o bizdən daha güclü idi. Həmin vaxtlar çox ağır idi. İndi oturub düşünəndə inana bilmirik, bu baş verənlərə necə dözə bildik. Həm Pərvizin yoxluğunu yaşamaq, həm də onun orada vəziyyətinin necə olacağını düşünmək çox çətin idi. Bundan başqa ailədə işləyən tək o idi, maddi cəhətdən də sıxıntılar yaşadıq. Düzdür, qohum-əqrəba, dostlar kömək edir, ancaq yenə də ailə başçısının yerini heç kim vermir.

- Pərviz həbs edilən zaman Zeynəbin 5 yaşı vardı. Hadisəni ona necə izah edə bildiniz?

- Pərviz həbs ediləndə Zeynəb o qədər olayların içərisində idi ki, onu baş verənlərdən uzaq tuta bilmədik. Yalnız Pərvizin həbsini bir müddət ondan gizlədə bildik. Demişdik, guya işlə əlaqədar Pərviz Türkiyəyə gedib. Bir müddət sonra onun bizə niyə zəng etmədiyini soruşmağa başladı. Çünki Pərviz evdən ayrı olduğu zaman imkanı olmayanda uzağı bir gün əlaqə saxlamazdı. Sonra mütləq bir yolunu tapıb zəng edərdi. Birtəhər başını qatırdım ki, işi var, zəng edəcək. Lakin bir gün məhkəmədən qayıdarkən telefonda internetdə yerləşdirilən videoya baxmışdıq. Telefonu unudub bir kənara qoymuşdum. O da təsadüf nəticəsində telefonda həmin videoya baxıb, hər şeydən xəbərdar olmuşdu. Atasının həbsini bildikdən sonra çox ağlamışdı. Təkrar, böyük stress yaşadıq. Daha sonra hər şeyi olduğu kimi ona danışdım. Bundan sonra artıq hər üçümüz olanları birgə yaşamağa başladıq.

Zeynəb bu il 1-ci sinfə gedəcək. "İstəyirdik ki, o məktəbə gedəndə Pərviz bizim yanımızda olsun. Bu, onun həyatında yeni bir mərhələdir" - deyən İlahə xanım bəzən qızının ona verdiyi suallara cavab tapa bilmədiyini bildirdi. "Zeynəb məndən soruşur: Birdən məktəbdə desələr ki, niyə atan səni məktəbə gətirib-aparmır? Axı mən onlara deyə bilmərəm ki, atama böhtan atıb həbs ediblər. Onlar həqiqətdə də elə düşünəcəklər ki, o böhtan üzündən deyil, doğrudan etdiyi hansısa pis əməlinə görə həbs edilib...".

Ümid edirik ki, Zeynəbin sinif yoldaşlarına nəyisə başa salmağına ehtiyacı olmayacaq, Pərviz azadlıqda olub həyat yoldaşı ilə birgə, elə özləri arzuladığı kimi Zeynəb üçün çox önəmli olan bu məqamı onunla paylaşıb, onu birgə məktəbə aparacaqlar.
Simasında 6 yaşlı uşağa xas olmayan, müdriklik ifadəsi olan bu qızcığaz hətta öz doğum gününü belə atası evdə olmadan qeyd etməyə razı olmayıb: "Mənim ad günümü atam gələndə qeyd edərik".

- Təcridxanada Pərvizlə görüşə gedərkən Zeynəbi də özünüzlə aparırsınızmı? Görüşləriniz necə keçir?

- Orada yalnız həftədə bir dəfə görüşmək imkanımız var. Təcridxanada ümumi görüş otağı var. Hamı həbsdəki yaxınları ilə orada görüşür. Məhbusları doğmalarından ayıran şüşə sədd var. Zeynəbi də həmişə özümlə götürürəm. Şüşə arxasından bir-birlərini öpürlər. Atasına "üzünü şüşəyə gətir, öpüm səni" deyir. Atası da üzünü şüşəyə söykəyir…

- Pərvizlə ailə üzvlərinə açıq görüş verilməsi ilə bağlı hüquq müdafiəçiləri vasitəsi ilə Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmisiniz. Ümidiniz varmı belə bir görüşə?

- Avqustun 1-i Pərvizin doğum günüdür. Vəkillər vasitəsi ilə Penitensiar Xidmətin, Kürdəxanı İstintaq Təcridxanasının rəhbərliyindən xahiş etmişik ki, ən azı həmin günü onunla görüşməyə bizə icazə versinlər. Heç olmasa həmin günü qızım atasını qucaqlaya bilsin. Penitensiar xidmətin rəisi, Mədət Quliyevdən də xahiş edirik ki, ən azından ayda bir dəfə Pərvizlə açıq görüşə şərait yaratsın.

İlahə xanım həmçinin ailə vəziyyətini və azyaşlı uşağının olmasını nəzərə alaraq, Pərviz Həşimlinin Kürdəxanıdan Bakıda yerləşən cəzaçəkmə müəssisələrindən birnə köçürülməsi üçün də müraciət etdiklərini xatırlatdı.

Onun sözlərinə görə, P.Həşimlinin səhhətində bəzi problemlər yaranıb: "Özü bizə heç nə demir, yalnız vəkillərindən səhhət ilə bağlı məlumatlar ala bilirik. Vəkillərin dediyinə görə, hazırda gözlərində zəiflik, ürəyində ağrılar və dişlərində problemlər var. Bu da əsəbdən, stressdən yaranıb. Vəkillər deyib ki, gözündən şikayətləndikdən sonra Pərviz hələ ki, tibbi müayinədən keçirilməyib.

Xatırladaq ki, Pərviz Həşimli Təvəkkül Qurbanov adlı şəxslə 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb. Onlara qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etmir, T.Qurbanovun MTN-in adamı olduğunu deyərək, onun vasitəsilə şərləndiyini və siyasi sifarişlə, saxta ittihamla həbs edildiyini bəyan edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq Amnistiya Təşkilatı onu "vicdan məhbusu" elan edib

Gülnar Səlimova
Rəşad Vaqifoğlu
Fotolar müəlliflərə aiddir

İnana bilmirik ki, olanlara necə dözə bildik

İnana bilmirik ki, olanlara necə dözə bildik

İnana bilmirik ki, olanlara necə dözə bildik

İnana bilmirik ki, olanlara necə dözə bildik

İnana bilmirik ki, olanlara necə dözə bildik
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Pərviz Həşimlinin həbsi üzərində qurulan şou

    Pərviz Həşimlinin həbsi üzərində qurulan şou ...

    17-09-2013, 22:17

  • 
  • Pərviz Həşimlinin ailəsi ilə görüşünə icazə verilmir - (Video)

    Pərviz Həşimlinin ailəsi ilə görüşünə icazə ...

    20-10-2013, 23:32

  • 
  • Pərviz Həşimlinin vəziyyəti pisləşib

    Pərviz Həşimlinin vəziyyəti pisləşib ...

    5-11-2013, 23:18

  • 
  • Pərviz Həşimlinin MTN-də səhhəti pisləşib

    Pərviz Həşimlinin MTN-də səhhəti pisləşib ...

    25-01-2014, 13:42

  • 
  • Jurnalistlər Pərviz Həşimlinin müdafiəsinə qalxdılar (Bəyanat)

    Jurnalistlər Pərviz Həşimlinin müdafiəsinə ...

    24-09-2013, 14:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu