Birləşmiş Ərəb Əmirlikləri məşhur qanuni oğru Vladimir Vaqini Rusiyaya təhvil verib.
"Vaqon" ləqəbli kriminal avtoritet 2009-cu ildən İnterpol xətti ilə axtarışda idi. O, həmin ilin martında Nijni Novqorod kafelərinin birində qafqazlılarla dalaşaraq onlardan birini bıçaqla ağır yaralamışdı. Federal axtarışa verilən Vaqin həmin vaxt Dubaya uçaraq yaxasını həbsdən qurtara bilmişdi.
Onun təhvil verilməsi üçün Rusiya BƏƏ-yə hələ 2010-cu ildə sorğu göndərib. Lakin V.Vaqinin vəkilləri Dubay məhkəməsinə guya onun xəstə olması barədə saxta sənəd təqdim ediblər. Həbsdən müvəqqəti qurtulan Vaqin yenidən qaçıb gizlənmişdi.
İndi üstündən 4 il keçdikdən sonra Dubay polisinin yenidən həbs etdiyi "Vaqon" Rusiyaya ekstradisiya edilib.
Qeyd edək ki, Vaqin həmyerlimiz "Rövşən Lənkəranski"yə düşmən olan Aslan Usoyanın ("Ded Xasan") klanındandır
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?