Kriminal aləmdə “Vaqon” kimi tanınan “qanuni oğru” Vladimir Vaqin Perm vilayətinin Vsesvyatski qəsəbəsindəki cəzaçəkmə müəssisəsində intihar edib.
gundemxeber.az xəbər verir ki, bununla bağlı “Primecrime” məlumat yayıb.
Bildirilir ki, 54 yaşlı avtoritetin cəsədi dünən yerli vaxtla 22:30-da saxlanıldığı kamerada tapılıb. Əvvəllər məhkum olunmuş Vaqin “qanuni oğru” tituluna 1995-ci ildə yiyələnib.
Oxu: “Kral lazım deyil”. Quli özü kraldır? Avtoritetlər Yuri Piçuqin (Piçuqa) və Vasili Xristofor (Voskres) ilə birlikdə Vaqon Aslan Usoyanın (Ded Xasan) dəstəsinin slavyan klanının rəhbərlərindən olub.
“O, sonuncu dəfə 2016-cı ildə polis işçisini qətlə yetirdiyi üçün həbs edilib. 2009-cu ildə isə o, “Soxo” restoranı qarşısında Daxili İşlər Nazirliyinin akademiyasının məzununu bıçaqla yaralayıb”, - məlumatda bildirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?