Tovuzun Koxanəbi kəndində atışma səngimək bilmir. Hər gün axşam saatlarında başlayan atışma aramsız olaraq bir neçə saat davam edir. Kənd iri çaplı silahlardan atəşə tutulsa da, atışma itkisiz ötüşüb.
gundemxeber.az TTV-yə istinadən verdiyi məlumata görə, ermənilər son bir həftə ərzində daha da fəallaşıblar. Əvvələr gün ərzində atışma 30 dəqiqə, 1 saat çəkdiyi halda, son vaxtlar bu müddəti 14-15 saata qədər artırıblar. Atılan güllərin çoxu yanan güllərdir. Sakinlər bildirirlər ki, arada qumbaraatanlardan da istifadə olunur.
Atışmada əsasən evlərin dam örtüklərinə ziyan dəysə də, təsərrüfatla məşğul olmaq mümkünsüz vəziyyətdədir.
Amma buna baxmayaraq, davamlı olaraq atəşə məruz qalan kənd sakinləri hərbçilərimizə arxalanaraq gündəlik həyatlarını yaşayırlar. Kəndi heç vaxt tərk etməyəcəklərini deyən sakinlər, lazım gələrsə, özləri də hər an döyüşə hazır olduqlarını deyirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?