"Bizimkilərin dediyinə əsasən Məzəm istiqamətində bir erməni avtomobili vurulmuşdu”.
Bu açıqlama ilə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Qazax-Ağstafa filialının başçısı Xamis Məsimov öz Feysbuk səhifəsində çıxış edib.
O, Ermənistanla Qazaxın sərhədində dünən bütün gecə qızğın döyüşlərin getdiyini bildirib:
"Dünən axşam saat 21-00 dan, bütün gecəni Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən bütün kəndlərində qızğın atışma gedirdi. Bizimkilərin dediyinə əsasən Məzəm istiqamətdə bir erməni avtomobili vurulmuşdu. Axşam saaatlarında Kəmərli kənd istiqamətində 1977-ci il təvəllüdlü gizir Almazov İsə Ziyad oğlu (Cəfərli kənd sakini) erməni snayperinə tuş gəlib ölmüşdür. Bu gün səhər aldığımız məlumata əsasən Məzəm və Abbasbəyli kəndlərindən qadınlar və uşaqlar çıxarılırlar. Vəziyyət gərgin olaraq qalır. Aldığımız məlumatları sizlərə çatdıracağıq!”. (axar.az)
*****
"Qazaxda Məzəm və Abbasbəyli kəndlərinin sakinlərinin kəndi tərk etmələri barədə yayılan məlumatlar yalandır. Bu xəbərləri yayanlar Azərbaycanı istəməyənlərdir"
Bunu Publika.az-a açıqlamasında Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini Tahir Musayev deyib.
O, hazırda kəndlərdə əhalinin vəziyyətini öyrənmək üçün və yayılan xəbərlərlə əlaqədar kəndlərə bir-bir baş çəkdiklərini və heç kimin evini tərk etmədiyini bildirib:
"İndi Abbasbəyli kəndindən keçib, Quşçuayrım və Məzəm kəndlərinə gedirik. İlkin məlumatları da əldə etmişik, hər kəs evindədir. Yayılan xəbərlər şayiədir”.
Xatırladaq ki, bu barədə Axar.az Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Qazax-Ağstafa filialının başçısı Xamis Məsimovun öz Feysbuk səhifəsində yazdığı statusa əsasən məlumat vermişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?