Qazax rayon sakinləri və ağsaqqallarının mövqeyini Gündəmxəbər.az saytı olaraq sizlərə təqdim edirik
---
Qazaxda daha bir kənd boşaldıldı - Şok iddia
Qazaxın Bala Cəfərli kəndinin qadın uşaq və yaşlılar çıxarılıb. Bu barədə Axar.az-a Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Qazax-Ağstafa filialının başçısı Xamis Məsimov xəbər verib. O dünən ermənilərin atəşkəsi şiddətli şəkildə pozmasına görə insanların elə bir addım atdığını bildirib.
''Bala Cəfərlidən artıq qadın, uşaq və yaşlılıar çıxarılıb. Kənddə yalnız kişilər qalıb. Bala Cəfərli birbaşa ermənilərin ovcundadır. Yani ordan istənilən atəş kənd üçün təhlükəlidir. Dünən vəziyyət o həddə idi ki, kənddə sürünərək hərəkət etmək məcburiyyətindəqalırdın. Kişilər qadınları, uşaqları qorumaqdan ötrü rayona göndəriliblər. Atışma səngiyən kimi onlar geri dönəcəklər. İndi Qazax istiqamətində vəziyyət normaldır. Atışma səsləri demək olar ki, kəsilib''. Rayonda insanların əhval-ruhiyyəsinin çox yüksək səviyyədə olduğunu bildirən Xamis Məsimov inanır ki, Azərbaycan odrusu kəndi atəşdə saxlayan erməni mövqelərini susduracaq.
Qeyd edək ki, bu gün Qazaxın Məzəm və Abbasbəyli kəndlərindən də qadınlarla usaqların çıxarılması haqqında informasiya yayılmışdı. Lakin Qazax icra hakimiyətinin müavini xəbərləri təkzib edərək, heçkəsin evini tərk etmədiyini rəsmən bəyan etdi
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?