Ölkə də son illər uşaq qidaları ilə bağlı problemli vəziyyət yaranıb. Bir daha nəzərinizə çatdıraq ki, Ankara Yoxlama Laboratoriyası "Nutrillak" uşaq yeməklərini satışdan çıxarılması üçün 50-dən artıq şəhərə yazılı təlimat göndərilib.
Xatırlayırsınızsa hətta Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemologiya Mərkəzinin rəhbər şəxsi "Nutritek" şirkətinin məhsulu hesab edilən "Nutrillak" uşaq qidalarında GMO aşkarlanması və bu kimi xəbərlərə münasibət bildirmişdir. Təəsüflər olsun ki, qeyd edilən məsələ ilə bğlı araşdırmalar aparılmadı. Etibarlı mənbənin verdiyi məlumatlara görə "Nutrillak" uşaq yeməkləri bir necə dəfə zəhərlənmə faktına gətirib çıxardıb.
Məsələnin nə qədər ciddi olduğu elə məhz şirkətin rəhbərliyində yer alan məsül şəxslərdən birinin erməni olduğu iddi edilir. Məsələ ilə bağlı "Nutritek" şirkətinin ölkəmiz üzrə rəhbəri Vuqar Hüseynovla telefon əlaqəsi yaratmağa çalışdıq. Telefon zənglərimiz cavabsız olduğundan qarşı tərəfin mövqeyini dinləyə bilmədik.
Dosye.az olaraq valideyinlərə bildirmək istəyirik ki, uşaq qidaları alarkən daha diqqətli olsunlar. "Nutrillak" uşaq qidası gələcəyimiz olan körpələr üçün təhlükəlidir. Bizim araşdırmalarımız davam edir..
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?